Qarabağda antiterror əməliyyatları başlayacaq – Hərbi ekspert

Qarabağda antiterror əməliyyatları başlayacaq – Hərbi ekspertAzərbaycan ərazisində qalan erməni silahlılarının tam çıxarılmaması 18 aydır ki, davam edir. Azərbaycan bu məsələyə bir qədər təmkinlə yanaşırdı. Görünür bu istiqamətdə qapalı danışıqlar gedirdi. Lakin ötən gün ölkə başçısı açıq şəkildə rusiyalı generalın Bakı səfəri zamanı bu məsələnin Azərbaycan müdafiə naziri ilə müzakirə edildiyini bildirdi. Məhz ötən ayın sonuna qədər erməni silahlılarının Qarabağdan çıxarılmasına dair şifahi razılaşmanın əldə olunduğu vurğulandı. Amma bu proses yenə də icra edilməyib. Artıq bu məsələdə Azərbaycanın səbri tükənib.

Sonxeber.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi eksperet Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, açıq şəkildə Ermənistan mesaj verilir ki, bu proses baş verməyəcəksə, Azərbaycan öz bildiyini edəcək: "Artıq Azərbaycan tərəfindən həmin erməni silahlılarının Qarabağdan təmizlənməsi üçün tədbirlərə əl ata biləcəyi istisna edilmir. Belə bir əməliyyatın keçirilməsi üçün kifayət qədər ciddi əsaslar var. Əməliyyatları fərqli adla da adlandırmaq olar. Bu, antiterror və təmizləmə əməliyyatı da adlana bilər. İstənilən halda bu Ermənistana ağrılı bir nəticələr vəd edir. Qaragöl, Fərrux əməliyyatlarını bu sıradan xüsusi ilə qeyd edə bilərik. Həmin ərazilərdə də erməni tərəfi atəşkəsi fasiləsiz olaraq pozurdu. İndi isə eyni analogiya Kəlbəcər istiqamətində yaşanır".

Hərbi ekspert hesab edir ki, erməni tərəfinin ardıcıl olaraq atəşkəsi pozması, onun Azərbaycana qarşı ərazi iddiası deməkdir: "Demək ki, onların hansısa iddialar var ki, bu istiqamətdə atəş açır. Ona görə də, Azərbaycan bu məsələlərdə bir qədər səbri tükənmiş kimi görünür. Bunun da nəticələrini öncədən ehtimal etmək çətin deyil. Çünki 1994-cü ildən bu günə qədər Azərbaycan tərəfi bir dəfə də olsun hərbi əməliyyatlarda geri addım atmayıb. Əksinə Ordumuz hər bir həmlədə erməni işğalında olan ərazilərimizi azad edib. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə isə Azərbaycan əraziləri işğaldan azad olunub. Bu baxımdan erməni tərəfi bu tarixlərə nəzər salıb nəticə çıxarsa daha yaxşı olar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2242   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr