"Centlmen sövdələşməsi": Moskva Bakıya hansı sözü verib? – Şok iddia

"Centlmen sövdələşməsi": Moskva Bakıya hansı sözü verib? – Şok iddiaRusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Müdafiə Nazirliyinin 10 noyabr bəyanatı üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı açıqlamasına yer ayırıb. Bu, fevralda iki ölkə arasında müttəfiqlik bəyannaməsinin imzalanmasından sonra Azərbaycan tərəfinin müttəfiq olaraq Rusiyaya ünvanladığı ilk rəsmi ismarış kimi qəbul oluna bilər.

Bunu politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, Azərbaycan liderinin dövlətimiz üçün son dərəcə həssas bir məsələyə çox böyük təmkin və uzaqgörənliklə toxunması regionda geosiyasi maraqları olan Kremli düşündürməyə bilməz:

"10 noyabr üçtərəfli bəyanatın şərtlərinə görə, Qarabağın dağlıq hissəsindəki qanunsuz silahlı birləşmələr Rusiya sülhməramlılarının müşayiəti ilə bu bölgədən çıxmalı idilər. Azərbaycanın bu ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların əsas missiaylarından biri bu idi. Amma razılaşmanın əldə edilməsindən 1 il 8 ay keçməsinə baxmayaraq, təəssüf ki, nə kapitulyasiya aktında imza atmış Ermənistan, nə də bunun icrasına nəzarəti həyata keçirməli olan Rusiya öz öhdəliklərini yerinə yetirib. Bu isə Azərbaycanın maraqlarına uyğun ola bilməz. Əslində, İrəvanın bu anlaşma ilə üzərinə götürdüyü digər öhdəlikləri də indiyədək yerinə yetirməməsi və ya bunlardan boyun qaçırması, danışıqları danışıqlar xatirinə aparması da bu amillə bağlıdır.
Beləliklə, Prezident Əliyev Moskvada tərəflər arasında şifahi şəkildə digər anlaşmaların əldə edildiyinə də eyham vurdu. Bu, beynəlxalq siyasətdə "Centlmen sövdələşməsi" adlandırılır. Bu sövdələşməyə görə, Ermənistan Qarabağın statusu ilə bağlı məsələyə bir daha qayıtmamalıdır. Bu isə İrəvanın həm də Azərbaycana qarşı əsassız ərazi iddiasından imtina etməsi deməkdir. İrəvan isə kapitulyasiya aktına imza atmasına baxmayaraq, yenə də bu məsələni qabardır. Üstəgəl, 28 illik fəaliyyəti dövründə heç nə ilə yadda qalmayan ATƏT-in Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir".

Elşən Manafov bildirib ki, istər Avropa Birliyinin, istərsə də Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir:

"Bizi buna vadar edə biləcək amilləri kənara qoysaq, Azərbaycan indiki geosiyasi reallıq və regional problemlər fonunda qalan məsələləri hərbi yolla həll etməkdə maraqlı olmaya bilər. Qərb və Rusiya arasında yeni dünya nizamının formalaşdırılması uğrunda geosiyasi mübarizənin qızışdığını nəzərə alsaq, bunun üçün münbit zəminin olmadığını deyə bilərəm. Yeni savaşın qarşısını ala bilən digər ən müxtəlif geosiyasi gerçəkliklər də ola bilər. Hər halda Azərbaycan savaş istəyən tərəf deyil. Amma Ermənistan anlaşmadan boyun qaçırmağa davam edərsə, Azərbaycanın digər variantları nəzərdən keçirə biləcək qədər də gücü var".

Politoloq Azərbaycan ordusunun Fərrux dağına nəzarəti bərpa etdikdən sonra Moskvadan Bakıya edilən səfərə diqqət çəkib:

"Məlum olaydan sonra Rusiya Müdafiə Nazirliyinin yüksək ranqlı rəsmisi Bakıya gəldi. "Centlmensayağı" Bakının diqqətinə çatdırıldı ki, ermənilərin Qarabağdakı qanunsuz hərbi birləşmələri bu ilin iyun ayınadək ərazilərdən çıxarılacaq. Rusiya nümayəndəsi bunu dedi və getdi. Amma indiyədək bu yöndə bir tərpəniş görmürük.

Azərbaycanın növbəti həmləsindən ehtiyat edən ermənilər isə hələ də Fərrux kəndinin həndəvərinə yaxın gələ bilmirlər. Kənd ətrafındakı yüksəkliklərə nəzarət isə Silahlı Qüvvələrimizin nəzarətindədir. Bunların isə böyük strateji önəmi var.
Belə ki, bu yüksəkliklər Ağdam və Xaçınçay su kanalının təlükəsizliyinin təmin edilməsi işində müstəsna əhəmiyyətə malikdir.

Fərrux olayı və Xankəndiyə gedən qaz kəmərində problemlərin yaranmasından sonra Qarabağın dağlıq hissəsindəki separatçılar, Ermənistan və onun havadarları əl-ayağa düşdülər. Bakı isə öz üstünlüklərindən istifadə etmək niyyətində olmadığını, erməni əsilli Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının Konstitusiyamız çərçivəsində təminatçısı olduğunu bildirdi. Bu, əsl centlmen mövqeyi idi.

Etiraf edək ki, bu gün Qərb Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda nəyin bahasına olur-olsun, Avropanı Moskvanın qaz asılılığından xilas etmək istəyir.

Qərbdə, xüsusilə ABŞ-da belə nöqteyi-nəzər var ki, Rusiya Avropanı "qaz kartı" ilə şantaj edir və imkanlar durduqca, Avropa demokratiyası üçün "Damokl qılıncı" təhlükəsi həmişə olacaq. Əslində, bu, Avropanı öz nüfuz dairəsində saxlamaq istəyən güclərin düşündükləri konsepsiyadır. Gerçəkdə isə həmişə olduğu kimi, dava "yorğan davası"dır. Belə ki, ABŞ Rusiyanı bazardan sıxışdırıb öz qazını yüksək qiymətə Avropaya sırımaq istəyir. Bununla belə, Rusiyanın Avropaya təsir imkanları yetərincədir. Lazım gələrsə, Rusiyanın "yumşaq güc" tətbiq etməklə Avropa iqtisadiyyatını uzun müddət çətin duruma sala biləcəyi ilə bağlı imkanları da var, bunu Brüsseldə də yaxşı bilirlər.
Bu mənada, bizim də yeri gəldikdə Ermənistan və separatçılara münasibətdə "yumşaq güc"ə müraciət etməyimizin müsbət nəticələri ola bilər. Bu siyasətin sətiraltı məqamlarını centlmensayağı istər Qərb, istərsə də Şərqdəki tərəfdaşlarımıza başa sala bilərik. Beləliklə, "centlmensayağı yumşaq güc" diplomatiyamızın əsas devizinə çevrilə bilər"./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1135   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr