"Yeni tədris ilinin başlanğıcına Odessa şəhəri Rusiya ərazisi olacaq və..." - ŞOK PROQNOZ
"Moskva Kiyevə psixoloji təzyiq edərək, Ukraynanı Rusiyanın şərtləri daxilində danışıqlara vadar etməyə cəhd göstərir..."
"Rusiya ordusunun texniki və mənəvi vəziyyəti cəbhədə köklü dəyişiklikləri istisna edir..."
"Odessa şəhəri sentyabrın 1-də Rusiyanın ərazisi olacaq və yeni tədris ili Rusiya proqramı ilə başlayacaq..."
Odessada yeni tədris ilinin başlanması bu şəhərin "azad edilməsi" ilə üst-üstə düşəcək.
Bu fikri "YouTube"-da "Valdman-LİNE" kanalının efirində "Lenta.ru" nəşrinin "İsrailin xüsusi xidmət orqanlarının sabiq başçısı" adlandırdığı Yakov Kedmi səsləndirib.
Məlumat mənbələrini göstərmədən, Kedmi məlumat verib ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin rusiyalı generallarla görüşünün gedişində Donbasın hüdudlarından kənara çıxacaq hücum əməliyyatının perspektivləri müzakirə edilib.
Kedmi qeyd edib ki, müşavirədən sonra "bu vəziyyətdə Odessaya doğru qanunauyğun irəliləyiş" başlanıb.
Kedmi deyir ki, Odessaya doğru irəliləyişin daha bir sübutu kimi Rusiya qoşunlarının Qara dəniz sahilində fəallaşmasını hesab etmək olar.
"Yeni tədris ilinin başlanğıcına Odessa azad ediləcək. Tədris ili artıq Rusiya proqramı ilə başlanacaq", - Kedmi bəyan edib və güman edib ki, "azad edilmə"nin müddətləri 2-3 həftə çəkə bilər.
Kedmi Rusiya qoşunlarının cənub istiqamətindəki irəliləyişini "asta, amma inamlı" adlandırıb.
İsrailli təqaüdçünün "Ukrayna məsələsi"ndə ekspert dəyərləndirmələri çox zaman yanlış olub.
2022-ci ilin yanvarında Vladimir Solovyovun proqramında Kedmi bəyan edib ki, Ukrayna ilə münaqişə baş verəcəyi təqdirdə Rusiyaya qonşu dövlətin ərazisinə qoşunlar yeritmək lazım gəlməyəcək, çünki, onun fikrinə görə, Ukrayna Silahlı Qüvvələri acınacaqlı vəziyyətdədir.
Kedmi güman edib ki, ilk odlu atəşlə Rusiya praktiku olaraq düşmənin bütün müşahidə və rabitə vasitələrini, artilleriya və tank qruplaşmalarını məhv edəcək, bundan sonra Ukrayna ordusunda parçalanma baş verəcək.
Bu yaxınlarda Kedmi vətənpərvər əhval-ruhiyyəli rusiyalılara fizikadan dərs keçməyə başlayıb, Moskvanın yeni supersilahından danışıb.
2022-ci ilin aprelində Yakov Kedmi Aleksey Navalnının "600-lər siyahısı"na düşərək, " korrupsionerlərin və müharibəni qızışdıranların" reyestrində yer alıb.
Kedminin Kremlyönlü fəallğı bir çoxlarında suallar doğurub.
Bəziləri hesab edir ki, bununla o, "təqaüdü ilə pul qazanır". Bəziləri isə əmindir ki, sabiq kəşfiyyatçı Kremlə yaxın olan qurumlara nüfuz edib.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlər Rusiyanın Ukraynadakı müharibəsində iştirak edən "Mərkəz" və "Cənub" qruplaşmalarını təftiş edəib.
O, bu qoşun birləşmələrinin komandanlığının məruzələrini dinləyib, yerlərdə komandirlərlə söhbət edib. Bundan sonra Şoyqu "Kiyev rejiminin mülki infrastruktura və yaşayış məntəqələrinin sakinlərinə kütləvi raket və artilleriya zərbələri endirmək imkanlarını istisna etmək məqsədilə bütün əməliyyat istiqamətlərində qoşun birləşmələrinin hüsumunun gücləndirilməsi üzrə" müvafiq tapşırıqlar verib.
Bir sıra ekspertlər bunu Moskanın Kiyevə psixoloju təzyiqi və onu Rusiyanın şərtləri daxilində danışıqlar prosesini bərpa etməyə razılığa vadar etmək kimi dəyərləndirib.
Qeyd edək ki, müstəqil ekspertlərin əksəriyyəti Rusiya ordusunun texniki və mənəvi vəziyyətini nəzərə alaraq, cəbhədə vəziyyətin köklü surətdə dəyişməsi imkanını istisna edir./Moderator
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı