Təhsil sistemini kurs rəhbərləri, təlimçilər və repetitorlar idarə edirlər?-AÇIQLAMA

Təhsil sistemini kurs rəhbərləri, təlimçilər və repetitorlar idarə edirlər?-AÇIQLAMAHazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranıb.

Bəs təhsil sistemini kurs rəhbərləri, təlimçilər və repetitorlar idarə edirlər?!

Mövzu ilə bağlı Sonxeber.az saytına təhsil üzrə ekspert Kamran Əsədov açıqlama verib.
Bu suala cavab tapmaq və ya bu fikri əsaslandırmaq üşün mərkəzi təhsil idarəetmə orqanlarındakı ali vəzifəli məmurların əvvəlki iş yerlərinə baxmaq kifayətdir. Təhsil naziri, hörmətli Emin Əmrullayev "Kaspi" təhsil şirkətində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb. Xaricdə təhsil aldığı üçün qanunvericiliyin dövlət qulluğuna qəbul üçün test imtahanı mərhələsindən azad olunmaq güzəştindən yararlanan Emin Əmrullayev sonradan Təhsil Nazirliyində məsləhətçi vəzifəsindən nazir vəzifəsinə qədər yüksələ bilib. Onu da qeyd edək ki, bir vaxtlar onun nazir müavini kimi təqdimatı təqdim edilsə də, o bu vəzifəyə uyğun bilinməmişdi. Necə ki, indiki təhsil nazirinin müavini Muxtar Məmmədov əvvəl icra etdiyi bütün ali dövlət qulluğu vəzifələrini müsabiqədən keçmədən, uzun illər həvalə qaydasında icra edərək siyasi təyinat olan nazir müavini postuna qədər irəliləyə bilib. Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev də bu təyinata qədər "Kaspi" liseyinin icraçı direktoru vəzifəsində çalışıb. Bir az da dəqiq desək rəsmən "Kaspi" Mətbuat və Təhsil Mərkəzinə rəhbərlik Elnur Əliyevdə olsa da faktiki bu şirkətin kimə məxsus olmasını və onu əslində kimin idarə etməsi ölkədə hamıya bəlli olan məsələdir. Hazırda pedaqoq olmayan Elnur Əliyev və Muxtar Məmmədov cütlüyü ölkə üzrə ümumi təhsili idarə edən ən səlahiyyətli məmur kombinasiyasıdır. Nazirliyə birbaşa tabe təhsil müəssiələri də daxil olmaqla yeni yaradılan Regional Təhsil İdarələrinə qədər bütün ümumtəhsil məktəbləri və idarəetmə qurumları bu şəxslərin kuratsiya və tabeçiliyindədir.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və Təhsil İnstitutunun son illər dəfələrlə adı dəyişdirilən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva cütlüyü də primitiv təlimçilikdən bu yüksək vəzifələrə ayaq açan adi müəllimlərdirlər. Təhsil İnstitutuna və tabeliyindəki Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinə "Cağ öyrətim" və "Hədəf" şirkətlərinin liseylərindən, "Araz" və sair kurslardan xeyli sayda repetitorlar və təlimçilər də vəzifələrə gətirilmişlər. "Hədəf" liseyindən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilən adi bir repetitor olan Elxan Nəcəfov hazırda Lənkəran-Astara Regional Təhsil İdaərsinin müdiri vəzifəsinə gətirilib. O bu regional idarəyə təyin ediləndən sonra bir vaxtlar onunla eyni özəl kursda işləyən repetitor Famil İsayevi müavin, Rəhim Rəhimovu isə sektor müdiri vəzifələrinə təyin edib. Kurslardan edilən bu təyinatlarda maraqlı cəhət 1 milyon əhalisi olan regionun 554 məktəbini idarə edəcək müdir və müavininin dövlət ümumtəhsil məktəbində adi müəllim belə heç vaxt işləməməsidir. "Hədəf" liseyinin digər əməkdaşı Anar Mustafazadə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışır. "Hədəf" lideyindən olan təyinatlar xarakterinə görə Dövlət Gömrük Komitəsindəki təyinatlardan əsla fərqlənmir.

Təhsil İnstitutunun təlimlərini tenderdə udmaq üçün formal yardılan "Mədəd Azərbaycan", "Təhsildə İnnovativ Texnologiyalar" və "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi" özəl əlavə təhsil mərkəzlərində çalışan bir sıra şəxslər də Təhsil Nazirliyinin strukturunda vəzifələrə gətirilmişlər. Buna "Mədəd Azərbaycan" da icraçı direktor işləmiş Vüsal Xanlarov Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə müdir vəzifəsinə gətirilməsi ən parlaq nümunədir. Onu da əlavə edək ki, bu təyinatdan sonra Vüsal Xanlarovun qardaşı Rəşad Xanlarov peşə təhsil müəsisisəsinin rəhbərliyindən birbaşa Təhsil Nazirliyinin İformasiya və vətəndaşlara xidmət şöbəsinə müdir təyin edildi. Təhsil Nazirliyi sistemində iki eyni təyinatlı və əhəmiyyətli vəsifəni Xanlarov qardaşlarının icra etməsi isə sual doğuran bir haldır. "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi" adlanan özəl kursun rəhbəri olan adi bir təlimçi İlkin Həsənovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə direktor təyin edilməsinə isə söz və izah tapmaq çətindir. Pandemiya ilə əlaqədar elan edilən karantin zamanı Təhsil Nazirliyinin virtual platformalarından ancaq bu kursun təlimçiləri kurslarının reklamı mqəsədi ilə istifadə edə bildilər.
Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən təhsil işçilərinin yenidən hazırlanamsı, təkmilləşsidirlməsi və ixtisasartırması kurslarını formal elan edilən tenderlərdə hazırda bu nazirlikdə vəzifə tutan məmurların əvvəllər təsis etdikləri əlavə təhsil müəssisələrinin qalib gəlməsi artıq ölkədə heç kimə sirr deyil. Kölgə təhsili hesab edilən, dövlət təhsil sisteminin boşluqlarından maddi yararlanan kursların, təlimçilərin və repetitorların artıq Təhsil Nazirliyi strukturlarındakı ali vəzifələrə kütləvi sürətdə təyinatı gələcəkdə məktəblərin daha da nüfuzsuz olmasına və məktəbdənkənar təhsilin çiçəklənməsinə gətirib çıxaran təhlükəli tendesiya hesab edilməldir. Əvvəllər özəl təhsil müəssisələrində çalışmış bu məmurlar köhnə iş yerləri ilə de-yuri əlaqələrini kəssələr də dafakto bu təhsil müəssisələrini himayə etməkdə davam edirlər. Hətta məktəblərin monitorinq imtahanlarını belə bu təhsil müəssisələri formal tenderlərdə qalib gələrək həyata keçirirlər. Müəllimlərin, tədris yardımçı heyətin və məktəb rəhbərlərinin mərkəzləşdirilmiş işə qəbul müsabiqələrinin test və müsahibə mərhələsində, nazirliyin icra etdiyi layihələrdə özəl kurs əməkdaşlarının açıq-aydın bu və ya digər formada iştirakı barədə isə sonradan ətraflı araşdırma aparıb ictimaiyyətə məlumat verəcəyik.
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1719   Tarix: 18 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 7-də 23 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

6 may
.

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd

6 may
.

Bakıda müğənni əməliyyatdan sonra öldü

Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub

5 may
.

"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ

Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj

6 may
.

I sinfə qəbul prosesi başlayır

Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. "Qafqazinfo" xəbər verir ki, qəbul prosesi portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçir

6 may
.

Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən həkim Asif Nəsirov dəfn edilib. xəbər verir ki, onun dəfn mərasimi Göyçay rayonunun Qaraxıdır kəndində baş tutub. Dəfn mərasimindən görüntüləri təqdim edirik:

6 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin

5 may
.

İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA

Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya

6 may