3 saylı Uşaq evində növbəti DƏHŞƏT – Uşaqlar üçün gətirilən ətləri direktor SATIR – VİDEO

3 saylı Uşaq evində növbəti DƏHŞƏT – Uşaqlar üçün gətirilən ətləri direktor SATIR – VİDEOXətai rayonu 3 saylı Uşaq evində növbəti dəhşətli görüntülər ortaya çıxıb. İddialara görə Qurban bayramı ilə əlaqədar Uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanlar müəssisə rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən satılıb.

Bununla bağlı görüntüləri Bizim.Media-ya 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim edib.

Görüntülərdə iddia olunur ki, iyulun 11-də Uşaq evinə bir neçə şəxs tərəfindən qurbanlıq əti gətirilir, bir qədər sonra isə qutularla dolu ət müəssisə rəhbəri Məhbubə Hüseynovanın avtomobilinə daşınır. Kadrlarda həqiqətən də içində nə olduğu bilinməyən qutuların avtomobilə daşınması əks olunur.

Gülcan Nağıyevanın iddiasına görə Məhbubə Hüseynova sürücüsünə Uşaq evindən çıxarılan ətlərin satılmasını tapşırıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynova sözügedən iddialarla razılaşmayıb.

O, deyib ki, Uşaq evinə gətirilən qurbanlıq əti çox olduğundan hər işçiyə 2 kq olmaqla ət paylayıb:

"O, qutunun içini görüb? Nə bilir ətdir, ya şüşədir. Fərz edir sadəcə... Onu deyim ki, Qurban bayramı olduğu üçün bütün işçilərimə ət vermişəm. Uşaq evinə həddən artıq ət gəlir, iylənməkdənsə, zibil yeşiyinə atmaqdansa, arxayın olaram ki, işçimin evində qazan qaynayır.

Hərəsinə 2 kq-dan ət verilib. Açığını deyim sizə ki, Gülcan ümumiyyətlə bizə sataşır. Çünki yanvar ayında aramızda problemlər yaşandı və münaqişə də oradan başladı. İndi də hər şey qurtarıb, güncdə-bucaqda gizli foto və videolar çəkir.

Deyir, görün mən buranı dağıdıram, ya yox... Dilə gətiriləsi olmasa da, o qadında nəsə psixi pozuntular var. Biz böyütmüşük, oxutmuşuq, ərə vermişik. Axırda onu öz yanıma işə düzəltmişəm. Bu da bunun çox sağ oludur". Məhbubə Hüseynova məsələdən rayon polis şöbəsinin də məlumatı olduğunu bildirib.

Qeyd edək ki, Gülcan Nağıyeva Məhbubə Hüseynovanın qurbanlıq ətlərin işçilərə paylanması ilə bağı məsələyə münasibət bildirib:

"Yalandır, o ətlər satmağa aparılıb. Əgər işçilərə ət paylanıbsa, mənə niyə verilməyib? Mən də oranın işçisiyəm", - deyə şikayətçi etiraz edib.

Xatırladaq ki, bundan əvvəl sözügedən Uşaq evində 6 yaşlı Nuranın suçiçəyinə yoluxması, qızdırm içində olmasına baxmayaraq həkim nəzarətindən kənarda qalması ilə bağlı görüntülərini ictimailəşdirmişdik.

Onu da bildirək ki, ötən ilin oktyabrında 3 saylı Uşaq Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırma aparıb. Müəssisədə bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2000   Tarix: 18 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021