14 yaşlı Nihadın ölümü "WhatsApp" statusu üstündə olub

14 yaşlı Nihadın ölümü "WhatsApp" statusu üstündə olubAğsuda 14 yaşlı yeniyetməni döyərək öldürən Cabir Müseyibovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, 14 yaşlı Nihad Məmişovu döyərək öldürən C.Müseyibov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin baş verməsinə gəlincə, buna Nihadın "WhatsApp"da paylaşdığı status səbəb olub. Belə ki, təqsirləndirilən 17 yaşlı C.Müseyibov ifadəsində qeyd edib ki, o, Nihadın "WhatsApp" statusunda qonşuluqda yaşayan qızın adının baş hərfinin yazıldığı sevgi videosunu görüb. Cabir Nihaddan videonu silməyini, bunu başqa adamların da gördüyünü deyib. Nihad isə cavab olaraq videonu silməyəcəyini bildirib. Nəticədə tərəflər arasında sözlü mübahisə yaranıb.

Mübahisənin davamı olaraq Cabir Nihadı Ağsu rayon Qaraqaşlı kənd qəbiristanlığına çağırıb. Görüş zamanı Cabir özündən yaşca kiçik olan Nihadı döyüb və xəstəxanalıq edib. Nihad aldığı xəsarətlərdən 5 gün sonra xəstəxanada vəfat edib.

Cabir isə hadisədən sonra evə gələrək baş verənləri atasına danışıb, daha sonra isə qaçıb. O, bir gün sonra yenidən evə gəlib və bu dəfə atası oğlu ilə birgə polis şöbəsinə yollanıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3726   Tarix: 19 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərini güllələyərək həyətdə basdırmaqda təqsirləndirilən qadın: "Səhərə qədər yer qazmışam"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmil

2 aprel
.

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İlkin ittihamda yazılıb ki, M.Musayev

22 aprel
.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may
.

Evində boğazı kəsilərək öldürülən qadının qatili tanışı çıxdı

Kocaeli vilayətinin Körfez rayonu ərazisində Gül Dağ adlı qadının evində boğazı kəsilmiş halda cansız bədəni tapılıb. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, qadının öldürülməsində şübhəli şəxs onun qonşusu olub. Qatil, Gül Dağı öldürdükdən sonra qolundakı 3 qolbağ

12 mart
.

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind

13 aprel
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismə

12 mart
.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının qətlində həyat yoldaşı, 43 yaşl

21 mart
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel