Arvadını qapını açmadığı üçün öldürübmüş...
Şamaxıda arvadını uşaqlarının gözü qarşısında döyərək öldürən Şakir Cəfərova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1985-ci il təvəllüdlü Ş.Cəfərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində arvadını öldürmə səbəbindən danışıb. O qeyd edib ki, hadisə baş verən gün evə içkili gəlib və darvazanı döyəndə onu açan olmayıb. Bu səbəbdən Ş.Cəfərov həyətə hasarın üstündən keçib.
Arvadından nəyə görə qapını açmadığı soruşanda isə, qadın hamamda olduğunu bildirib. Həyat yoldaşının cavabından əsəbiləşən ər, onu üç azyaşlı uşağının gözü qarşısında amansızlıqla döyüb.
Davadan sonra ər-arvad yataq otağına keçiblər. Bu zaman qadın başının ağrıdığını, yatmaq istədiyini bildirib. Əri isə cavab olaraq, "başın ağrıyırsa, həkim çağırım" deyib. Qadın isə "yox, zəng eləsən, səni tutacaqlar, yatım, başımın ağrısı keçəcək" cavabını verib.
Səhər açılanda isə qızı anasının ağzından qan gəldiyini görüb. Qadının bədəni qaraldığı, soyuduğu üçün əri onun öldüyünü başa düşüb.
Bu zaman Ş.Cəfərov övladlarını babasıgilə aparıb, daha sonra polis şöbəsinə yollanaraq təslim olub.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 1-də baş verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu