"İlham Əliyev hər dəfə qaçqın və məcburi köçkünlər üçün şəhərciklər salınanda bəyan edirdi ki, bu, müvəqqəti yaşayış yeridir" - Deputat

"İlham Əliyev hər dəfə qaçqın və məcburi köçkünlər üçün şəhərciklər salınanda bəyan edirdi ki, bu, müvəqqəti yaşayış yeridir" - Deputat8 Noyabr 2020-ci ildə Azərbaycan ordusu Şuşanı işğaldan azad edərək Vətən müharibəsini zəfərlə yekunlaşdırdı.
Mövzu ilə bağlı Sonxeber.az- a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, İlham Əliyev bu xalqın ideoloji birliyinə, milli həmrəyliyinə nail oldu, güclü və müasir ordu quruculuğu həyata keçirərək, siyasi suverenliyimizi gücləndirərək, iqtisadi müstəqilliyimizə təmin edərək işğala hərbi-siyasi yolla nail oldu. Bu gün isə 30 il arzusunda olduğumuz tarixi proses gerçəkləşir, məcburi köçkünlər artıq doğma torpaqlarına qayıtmağa başlayırlar:
"Ümummilli Lider ən son çıxışlarından birində bəyan etmişdi ki, Azərbaycanın torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.Cənab İlham Əliyev isə hər dəfə qaçqın və məcburi köçkünlər üçün şəhərciklər salınanda bəyan edirdi ki, bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər işğal altında olan torpaqlarda açılacaqdır.

O zaman burnunun ucundan uzağı görməyənlər, siyasi təxribatçılar cənab prezidentin sözlərinin sadəcə siyasi vəd olduğunu, nəinki məcburi köçkünlərin qayıtması, bu hakimiyyətin heç bir qarış torpağının da işğaldan azad edə bilməyəcəyini deyirdilər. Amma məhz İlham Əliyev bu xalqın ideoloji birliyinə, milli həmrəyliyinə nail oldu, güclü və müasir ordu quruculuğu həyata keçirərək, siyasi suverenliyimizi gücləndirərək, iqtisadi müstəqilliyimizə təmin edərək işğala hərbi-siyasi yolla nail oldu. Bu gün isə 30 il arzusunda olduğumuz tarixi proses gerçəkləşir, məcburi köçkünlər artıq doğma torpaqlarına qayıtmağa başlayırlar. Üstəlik məcburi köçkünlər yalnız öz torpaqlarına qayıtmır, eyni zamanda ləyaqətli və təhlükəsiz həyat şəraiti ilə təminin olunurlar. Biz xalq olaraq istisnasız şəkildə İlham Əliyev şəxsiyyətinə minnətdar olmalıyıq.

Eyni zamanda bu yolda vətəninə, xalqına və Ali Baş Komandanına sadiqliyini qoruyaraq döyüşlərdə can vermiş şəhidlərimizi ehtiramla anır, müharibə veteranlarına hörmətimi bildirir, xalqımızı isə təbrik edirəm. Həqiqətən də bu gün hər bir azərbaycanlı üçün qürur, şükran və minnətdarlıq günüdür.
Bir sözlə, müzəffər Ali Baş Komandanımız dedi və etdi. Bu gün bizim vəzifəmiz isə birliyimizi, həmrəyliyimizi təmin etmiş şəhidlərimizin, işğalın, təcavüzün qisasını alıb qürurumuzu özümüzə qaytarmış, 30 illik Vətən həsrətinə son qoymuş cənab İlham Əliyevin ətrafında daha sıx birləşməkdir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4901   Tarix: 09 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr