Masazır sakinləri suya həsrət qalıb
Yay mövsümünün gəlişi ilə Masazır sakinlərinin ənənəvi su təchizatı problemi də gündəmə gəlib.
Belə ki, sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, artıq 5 gündür sözügedən qəsəbəsinin bir çox hissəsində içməli suyun verilməsi dayandırılıb.
Nizami Gəncəvi, Həsi Aslanov, Rafiq Dünyamalıyev, Hüseyn Cavid küçələrində isə vəziyyət lap acınacaqlıdır. Sakinlər isti yay günlərində suyu maşınlarla gətizdirmək məcburiyyətində qalırlar. Bu isə 30-40 manata başa gəlir.
N.Gəncəvi 48 ünvanında yaşayan V.Əliyevin dediklərinə görə, istər Abşeron Rayon Sukanal İdarəsinə, istərsə də "Azərsu" ASC-nin "Qaynar xətt"inə çoxsaylı müraciətlər heç bir nəticə vermir:
"Neçə illərin təcrübəsindən çıxış edən Masazır sakinləri bu susqunluğun adət üzrə payız aylarına qədər davam edəcəyindən çox narahatdırlar. Əhalinin içməli su ilə təminatına cavabdeh olan strukturun səhlənkarlığı və biganəliyi Masazır sakinlərinə yaratdığı problemlə yanaşı həm də ayda orta hesabla hər ailənin büdcəsinə 100 manat civarında zərər vurur. Lakin cəzasızlığına tam əmin olan "Azərsu" ASC-ni və bu strukturun evlərində su problemi yaşamayan bütün vəzifəli şəxslərini bunlar qətiyyən narahat etmir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 812 Tarix: 19 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabr