"Türkiyə ilə danışıqlar diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur" - Rubinyan

"Türkiyə ilə danışıqlar diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur" - RubinyanYaxın vaxtlarda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinin növbəti görüşü keçirilə bilər.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. O, məsələ ilə bağlı mövcud vəziyyət barədə danışıb.

Rubinyan xatırladıb ki, bir müddət öncə Viyanada üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanları, eləcə də iki dövlət arasında hava yük daşımalarının təşkilinə dair razılıq əldə olunub.

"Bu, ilk razılaşmadır. Və belə çətin prosesdə ilk razılaşma ən çətin olanıdır. Tez həyata keçirilərsə, tərəflər arasında etimadın səviyyəsini artırır. Əgər bu baş verməsə, o zaman inam səviyyəsi azalır. Ona görə də sazişin bu yay və ya turizm mövsümü başa çatmamış həyata keçirilməsini məntiqli hesab edirəm. Qalanı iki ölkə rəsmilərinin işindən və təbii ki, siyasi iradədən asılıdır".

R.Rubinyan deyib ki, yaxın vaxtlarda siyasi razılaşmaların icrasının texniki detallarının müzakirəsi üçün tərəflərin görüşü olacaq.

O, Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iyulun 11-də baş tutan telefon danışığına da toxunub. Deyib ki, bu söhbətlə bağlı razılıq onun vasitəsilə əldə olunub.

Vitse-spiker deyib ki, Ermənistan nəinki təkcə sərhədi açmağa, ilkin şərt olmadan diplomatik münasibətlər qurmağa hazır olduğunu bəyan edib və bu istiqamətdə ortaya siyasi iradə qoyub.

"Bu nizamlanma prosesinin uğuru Türkiyənin siyasi iradəsindən asılıdır, çünki Ermənistan öz mövqeyini açıq şəkildə nümayiş etdirir".

R.Rubinyanın sözlərinə görə, xüsusi nümayəndələrin görüşündə Ermənistan-Azərbaycan arasında komunikasiyaların açılması məsələsi müzakirə olunmur.

Gümrü-Qars dəmir yolunun açılması mövzusuna toxunan xüssusi nümayəndə bildirib ki, danışıqlarda hələ bu mərhələyə çatılmayıb:

"O yol regional kommunikasiyaların ən mühüm elementidir. Ümid edirəm ki, növbə bu suala da gələcək. Ermənistan Türkiyə ilə kommunikasiyaların bərpası ilə bağlı istənilən müzakirələrə hazırdır. Yenə nizamlanma ilə bağlı digər məsələlərdə olduğu kimi, burada da uğur Türkiyənin siyasi iradəsindən asılıdır".

R.Rubinyan deyib ki, siyasi səviyyədə sərhədin açılması ilə bağlı razılaşma var. Texniki detallar (məsələn, bunun tam olaraq harada edilə biləcəyi, digər suallar) yaxın vaxtlarda baş tutacaq müzakirələrin mövzusudur.

Ermənistan-Türkiyə prosesinə Rusiyanın necə münasibət bəslədiyi barədə suala Rubinyan belə cavab verib:

"Bu proses çərçivəsində ilk görüş Moskvanın köməyi ilə baş tutub. Rusiyalı həmkarlarımız istər rəsmi, istərsə də qeyri-rəsmi olaraq bu prosesə hər zaman dəstək və hər cür kömək etməyə hazır olduqlarını bildiriblər. ABŞ və Avropa İttifaqından da dəstək var".

Xüsusi nümayəndələrin İrəvan və ya Ankarada görüşlərinin keçirilməsinin mümkünlüyünə toxunan R.Rubinyan deyib ki, növbəti iclasın mövzusu və yeri hələ müzakirə olunmayıb.

Diplomatik nümayəndəliklərin açılması məsələsinə toxunan xüsusi nümayəndə belə deyib:

"Təəssüf ki, biz hələ bu həddə çatmamışıq. Nəzəri cəhətdən hesablaşma həm mərhələli, həm də mürəkkəb ola bilər. Amma istənilən ssenaridə proses diplomatik münasibətlərin qurulmasını, yəni ilk növbədə diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1202   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr