Şəhidin 5 yaşlı oğlu həkim səhlənkarlığının qurbanı olub? - Video
Xəbər verdiyimiz kimi, Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin 5 yaşlı övladı faciəvi şəkildə vəfat edib. Şəhidin həyat yoldaşı Aynurə Cəfərli oğlunun ölümündə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Uşaq Xəstəxanasının həkimlərini günahlandırır.
"Qafqazinfo" xəbər verir ki, "Xəzər Xəbər"ə danışan ana iddia edir ki, boğazında şokolad kağızı qalaraq dünyasını dəyişən övladı xəstəxanaya gələndə şüuru aydın və özü isə anlaqlı vəziyyətdə olub. Onun sözlərinə görə həkimlərin səriştəsiz və qeyri-tibbi üsulla müdaxiləsi nəticəsində körpənin vəziyyəti ağırlaşıb.
A.Cəfərli iddia edir ki, xəstəxanada uşağın boğazına xörək qaşığı ilə müdaxilə edilib. Onun əlini ayağını bağlayıb, öldüyünü iddia etsələr də, uşaq sağ olub.
TƏBİB-dən "Qafqazinfo"ya bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Hadisə ilə əlaqədar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Uşaq Xəstəxanasının rəhbəri Hafiz Abdullayevlə əlaqə saxladıq. Baş həkim saytımıza açıqlamasında bildirdi ki, hadisə baş verən gün işdə olmayıb: "Məzuniyyətdə idim. Həkimlərin sözlərinə görə, uşaq ora boğulma ilə gəlib. Nəfəs borusunda yad cisim olub. Həkimlər də ona oksigen veriblər. Daha sonra nəfəs, ürək dayanıb. Bunlar da ağızla nəfəs veriblər. Allah rəhmət eləsin, vəfat edib. Mən bilmirəm, orada olmamışam. Bununla bağlı şöbə müdiri açıqlama verib. Həkimləri prokurorluq çağırıb, məsələ araşdırılır".
Qeyd edək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin 3 övladından ortancılı idi.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı