Prezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTO

Prezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOİyulun 20-də 2 saylı Sumqayıt regional "ASAN xidmət" Mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı 2 saylı Sumqayıt regional "ASAN xidmət" Mərkəzinin açılışını etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan "ASAN xidmət" Mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, hazırda Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional "ASAN xidmət" Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional "ASAN xidmət" Mərkəzi inşa edilib. Ümumilikdə, ölkə üzrə "ASAN xidmət" mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.

Qeyd edildi ki, 2 saylı Sumqayıt regional Mərkəzi üçün dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.

Məlumat verildi ki, Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 "ASAN ödəniş" terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, "108 Çağrı mərkəzi"nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri və 2 lift quraşdırılıb.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Həmçinin regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə burada "INNOLAND" mərkəzi fəaliyyət göstərəcək.

Ülvi Mehdiyev Prezident İlham Əliyevə 2 saylı Sumqayıt "ASAN xidmət" Mərkəzində yaradılan ASAN müraciət, Rəqəmsal dövrdə dövlət xidmətləri və Mərkəzləşdirilmiş kart tədarükü sistemləri barədə məlumat verdi.

Bildirildi ki, ASAN müraciət sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən informasiya sistemidir.

Qeyd olundu ki, Mərkəzdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və xidmətlərin göstərilməsində reaktiv və proaktiv modellərə keçidin təmin edilməsi məqsədi ilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən G2C, G2B və G2G formatında bir çox layihələr həyata keçirilib. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən formalaşdırılan layihələrin ümumi sayı 25-dən çoxdur.

Həmçinin diqqətə çatdırıldı ki, müasir dövrdə plastik kartların yayılması və müxtəlif sahələrdə istifadəsinin genişlənməsi onların tədarükünə olan marağı daha da artırıb. Plastik kartların operativ şəkildə hazırlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə ölkəmizdə Mərkəzləşdirilmiş Kart Tədarükü prosesinin başladılması zərurəti yaranıb.

Mərkəzdə ənənəvi olaraq "ABAD Food Hall" təşkil edilib.
Prezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTOPrezident 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib – FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1413   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr