Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb - FOTO
Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan hər kəs sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.
Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib.
Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir. Növbəti dəfə daha 11 ailə yola salınacaq.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1287 Tarix: 21 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr