SOCAR "Azəriqaz" İB-də işə qəbul müsahibəsi keçirildi
SOCAR "Azəriqaz" İstehsalat Birliyində mövcud vakansiyalar üzrə elan edilmiş müsabiqələrdə iştirak etmək üçün müraciət edən, ilkin seçim və test mərhələsini uğurla keçən namizədlərin müsahibələri keçirilir.
Müsahibələrdə müvafiq vakansiyalar üzrə mübarizə aparan namizədlərin həm texniki (ixtisas), həm də davranış səriştəlikləri yoxlanılır.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində keçirilən müsahibələrə 615 namizəd dəvət olunub ki, onların yalnız 171 nəfəri mərhələni uğurla başa vurub, 107 nəfəri isə Kadr Ehtiyyatı Bazasına daxil ola bilib. Eyni zamanda 234 namizəd kifayət qədər uğur göstərə bilməyib və müsahibədən keçməyib. Ümumilikdə, 6 namizəd müsahibədə iştirak etməkdən imtina edib, 70 nəfər müsahibəyə qatılmayıb, 27 nəfərin isə sənədləri qaydasında olmadığından müsahibəyə buraxılmayıb.
Məlumat üçün bildirək ki, müsahibəni müvəffəqiyyətlə keçən namizədlər dərhal vakant yerlər üzrə yerləşdirilirlər.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1085 Tarix: 21 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr