ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq: "Lavrovun dedikləri..."
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ukrayna müharibəsi ilə bağlı olaraq "coğrafi hədəflərimizi genişləndirəcəyik" bəyanatına ABŞ-dan da cavab gecikməyib.
Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Sergey Lavrovun Qərbin uzaqmənzilli raket daşımaları ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyi barədə açıqlaması ABŞ-ın "Rusiya Ukrayna torpaqlarını ilhaq etməyə hazırlaşır" xəbərdarlığını sübut edir.
Prays Lavrova cavab olaraq verdiyi müsahibədə Qərb ölkələrinin Ukraynaya uzunmənzilli silah daşımaları ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini qiymətləndirib.
Lavrovun burada ABŞ-ın bilmədiyi heç nə demədiyini bildirən Prays əlavə edib:
"Ağ Evdəki həmkarım (Con Kirbi) Rusiyanın Ukrayna torpaqlarını ilhaq etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib. Ağ Evin sözçüsü Xerson və Zaporojyanın bu torpaqlara daxil olduğunu söylədi. Lavrov bu gün etdiyimiz bu xəbərdarlığı rəsmən təsdiqləyib".
Rusiyanın ilhaq planını açıq şəkildə irəli sürdüyünü qeyd edən Prays əlavə edib ki, bu, Ukraynadakı müharibənin qanunsuzluğunu bir daha sübut edir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi mətbuat konfransında deyib:
"Rusiyanın Ukraynada daha çox ərazini ilhaq etmək niyyətində olduğuna dair əlimizdə kifayət qədər sübut, kəşfiyyat və ictimai məlumat var".
Rusiya mediasına danışan Lavrov Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların mart ayında İstanbulda aparıldığını xatırladıb:
"Müzakirəçilər İstanbulda görüşəndə bir coğrafiya var idi. İndi coğrafiya başqadır. İndi bu coğrafiya təkcə Donetsk və Luqansk "xalq respublikaları" deyil, Xerson, Zaporojya və bəzi digər vilayətlər də sual altındadır, bununla bağlı proses ardıcıl və israrla davam edir.
Qərb vəziyyəti pisləşdirmək üçün Ukraynaya uzunmənzilli silahlar, o cümlədən HIMARS (ABŞ istehsalı Yüksək Performanslı Artilleriya Raket Sistemi) göndərir. Bu halda coğrafi hədəflər indiki xəttdən irəliyə doğru dəyişəcək. Ona görə də biz imkan verə bilmərik ki, başqasının nəzarətində olan ərazilərdə silah tapılsın, o ərazilərdə onları dəyişdirsin, torpaqlarımıza və müstəqilliyini elan etmiş respublikalara təhlükə olsun".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1343 Tarix: 21 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMT Qəzza sakinlərinə ərzaq yardımını dayandıracaq
Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir azaldacaq. xəbər verir ki, sənəddə bildirilir ki, təxminən 500.00 insan bu cür yardımdan məhrum olacaq. 2025-c
19 oktyabrTrampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"
20 oktyabrİran səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy
19 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrBu ölkədə bir milyondan çox qadının adı eynidir
Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır
18 oktyabrƏraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah
18 oktyabrTürkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. "Tərəflərdən birinə silahlı hücumun hər üçünə hücum hesab ediləcəyini nəzərdə tutan sazi
20 oktyabr