"Sionist rejimin səfiri uşaqdır və uşaqcasına işlər görür"- İran səfirindən AÇIQLAMA

"Sionist rejimin səfiri uşaqdır və uşaqcasına işlər görür"- İran səfirindən AÇIQLAMAİsrailin Azərbaycandakı səfiri Corc Dik Twitter hesabında "Təbrizin sehrli nağılları" kitabını oxuyarkən şəkil paylaşıb və yazıb:
"Bu yaxınlarda mənə verilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"
"Sionist rejimin səfiri uşaqdır və uşaqcasına işlər görür"- İran səfirindən AÇIQLAMABu hərəkət İranın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilib. Daha sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrail səfirinə cavab olaraq yazıb:
"Bu macəraçı oğlancığaza məlumat üçün deyim ki, bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür ilk şər sionisti də qeyrətli Təbriz xalqı basdıracaq. Qırmızı xəttimizi heç vaxt keçmə heç vaxt! "
"Sionist rejimin səfiri uşaqdır və uşaqcasına işlər görür"- İran səfirindən AÇIQLAMAQeyd edək ki, İsrail səfiri daha əvvəl də İrana ərazi iddiası edib və İran səfiri ilə arasında söz davası dəfələrlə baş verib.
Azərbaycanın bu məsələdə mövqeyi necə qiymətləndirilir? İsrail İran və Azərbaycan arasında gərginlik yarada bilərmi?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi bildirib ki, İran və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət ediblər. İsrail səfiri uşaqdır və uşaqcasına işlər görür:

"Hamımız bilirik ki, istər regionda, istərsə də onun hüdudlarından kənarda bəzi rejimlər və dövlətlər qonşular, xüsusən də İran və Azərbaycan Respublikası arasında isti və qardaşlıq münasibətlərinin əleyhinədirlər. Onlar öz maraqlarını iki qardaş və müsəlman qonşular arasında davamlı gərginlikdə görürlər. Xoşbəxtlikdən bu sayıqlıq iki ölkənin yüksək rütbəli məmurları arasında həmişə olub və onlar vaxtında hərəkətə keçib, təxribatların qarşısını almağa çalışıblar. İran və Azərbaycan xalqları arasında könül və emosional əlaqələr var. Onları din, mədəniyyət, tarix amili birləşdirib və bu məsələlər bəziləri üçün, o cümlədən sionist rejim təmsilçiləri üçün xoş deyil. İran və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət ediblər.
Son iki ayda iki ölkə arasında müxtəlif siyasi, iqtisadi, mədəni, hərbi və təhlükəsizlik sahələrində əlaqələri möhkəmləndirmək üçün 12-dən çox yüksək səviyyəli nümayəndə heyətinin Tehran və Bakıya səfərlərinin şahidi olduq. Münasibətlərin istiləşməsi üçün atılan bu addımlardan sonra daim bəzi üçüncü tərəflərin pozuculuq və təxribatçı fəaliyyətlərini gözləyirdik və gözləməkdəyik. Amma təxribatçı fəaliyyətlərə fikir verməmək barədə iki ölkənin yüksək siyasi qərarı və iradəsi var. Sionist rejimin səfiri isə uşaqdır və uşaqcasına işlər görür, amma harada fitnə-fəsad, təfriqə saldığını bilməlidir. Azərbaycan Respublikasının ərazisi heç bir səviyyədə İrana qarşı təfriqə və fitnə-fəsad yeri deyil. Əminəm ki, bu məsələ rejimin səfirinə dəfələrlə xatırladılıb və yenə də xatırladılacaq".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2248   Tarix: 21 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr