Zəngilana müntəzəm marşrut xətti açıla bilərmi? - AÇIQLAMA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Ağıllı kənd"in inşa olunduğu və bir qrup sakinin köçürüldüyü Zəngilan rayonunun Ağalı kəndinə müntəzəm marşrut xəttinin açılması ehtimalına münasibət bildirib.
Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərə yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir.
Marşrutların açılması "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Sözügedən istiqamət üzrə sərnişindaşıma fəaliyyətinin və nəqliyyat xidmətlərinin təmin edilməsi üçün müvafiq infrastruktur qurulduqdan sonra bütün lazımi tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, "Ağıllı kənd" layihəsinin I mərhələsi üzrə açılış mərasimi bu il mayın 27-də olub. Kəndə 58 sakin - 10 ailə köçüb. Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı