"Jurnalistin birinci problemi azadlıqdır" - Ələsgər Məmmədli
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür. Hazırda Azərbaycan jurnalistinin başlıca problemi nədir?
Bununla bağlı Sonxeber-a danışan media eksperti Ələsgər Məmmədli bildirib ki, jurnalistlərin təhlükəsizliyi ciddi risk altındadır:
"Jurnalistika üçün mühim olan bir neçə aspekt var ki, bunlar olmadıqda problem yaranır. Birincisi azadlıqdır. Jurnalist azad mühit əldə etməlidir ki, informasiya toplaya bilsin. Azadlığa gedən yol həm də maddi müstəqillikdən keçir. Jurnalistikanın maliyyə imkanları çox aşağıdır. Bu da ikinci problemdir. Ölkədəki ümuminkişaf tendensiyasına baxdıqda jurnalistika ən aşağı səviyyədə olan sahələrdəndir. Ölkənin iqtisadi baxımdan əz zəif olduğu dönəmdə medianın reklam bazarı indikindən yüksək idi.
Üçüncü problem budur ki, jurnalistlər ictimai informasiya əldə etmək və cəmiyyəti maarifləndirmək üçün fəaliyyət göstərilər. Amma onların qorunaqlığı, yəni jurnalist təhlükəsizliyi ciddi risk altındadır. Xüsusilə də jurnalistlərə qarşı baş verən pozuntuların hüquqi araşdırılması və məhkəmə müdafiəsində ciddi dəyişiklik var. Son vaxtlar narahat edən bir məqam da jurnalistlərin fəaliyyət imkanlarının məhdudlaşdırılmasına yönəlik müddəaların qanunvericiliyə gətirilməsidir. Ümid edirəm ki, bu qanun tətbiq olunmaz və problem aradan qalxar.Amma olduğu kimi tətbiq olunsa, yaxın bir ildə hətta indiki medianı axtaracağıq".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı