Çin uyğur hesabatının da kökünü kəsmək istəyir – "Reuters"

Çin uyğur hesabatının da kökünü kəsmək istəyir – "Reuters"Çin BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçeletin onsuz da gecikmiş hesabatının ümumiyyətlə işıq üzü görməməsinə çalışır. Xəbəri "Reuters" agentliyi yayıb.

Mişel Baçelet bu ilin may ayında Çinə səfər edib. Məqsəd Çinin Sincan Uyğur Muxtar Rayonunda insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlamaq olub.

Mişel Baçeletin səfəri Pekin rejiminin ciddi nəzarəti altında gerçəkləşib. Komissar Çində baş verən qanunsuz hallar barədə kəskin fikir söyləmədiyi üçün hüquq müdafiəçiləri dairəsində, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasında sərt tənqidlərlə üzləşib.

Mişel Baçeletin Çinin Sincan Uyğur Muxtar Rayonundakı vəziyytə dair hesabatı gecikdirməsi tənqidlərin daha da artmasına səbəb olub. Nəticədə Baçelet növbəti müddətə insan haqları üzrə ali komissar vəzifəsinə seçkiyə qatılmayacağını, namizədliyini irəli sürməyəcəyini elan edib. Sincanla bağlı hesabatı isə o, avqust ayının sonuna, yəni istefaya gedənə qədər dərc edəcəyini bildirib.

"Reuters" agentliyi xəbər verir ki, Çin hakimiyyəti hesabatın dərc olunmaması üçün iyun ayından aktiv iş aparır. Adının çəkilməsini istəməyən üç diplomat "Reuters"ə deyib ki, Çin hökuməti məqsədinə nail olmaq üçün rəsmi müraciət də hazırlayıb. Həmin müraciətin mətni ayrı-ayrı ölkələrin Cenevrədəki diplomatik nümayəndəliklərinə paylanır (BMT-nin İnsan Hüquqları Şurasının mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir) və həmin ölkələrdən müraciəti imzalamaq xahiş edilir.

"Reuters"in məlumatına görə, müraciətdə deyilir ki, Mişel Baçeletin Çinin Sincan bölgəsi üzrə hesabat dərc etməsi insan hüquqları sahəsində siyasiləşməni, bloklararası qarşıdurmanı gücləndirə, BMT-nin insan haqları üzrə ali komissarının ofisinə etimadı sarsıda, habelə ofisin Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığına xələl gətirə bilər. Ona görə müraciətdə açıq mətnlə bildirilir: "Biz israrla xanım Baçeleti belə bir hesabatı dərc etməməyə çağırırıq".

Çinin Cenevrədəki diplomatik missiyasının sözçüsü Liu Yuin "Reuters"in müraciətlə bağlı suallarını cavablandırmayıb. O sadəcə deyib ki, yüzə yaxın ölkə Sincan məsələsində Pekini dəstəkləyir və insan haqları bəhanəsi ilə Çinin daxili işlərinə müdaxilə olunmasına etiraz edir. Liu Yuin qeyd edib ki, həmin ölkələr bu mövqeni BMT-nin İnsan Hüquqları Şurasının iyulun 8-də keçirilən son sessiyasında açıqlanan bəyanatlarda və birgə müraciətdə ifadə ediblər.

"Reuters" agentliyi öz suallarına insan haqları üzrə ali komissarın ofisindən də cavab ala bilməyib. Ofis Çinin təşkil etdiyi müraciətin Mişel Baçeletə çatıb-çatmadığına aydınlıq gətirməyib.

Agentlik müraciəti neçə ölkənin imzaladığını da dəqiqləşdirə bilməyib.

Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Neçə ildir dünyanın nüfuzlu hüquq müdafiəsi təşkilatları Pekin rejimini Sincanda müsəlman uyğurların hüquqlarını nümayişkaranə şəkildə pozmaqda, sərt repressiyalar aparmaqda ittiham edir. Hakimiyyət orqanlarının uyğurları işgəncələrə, digər qəddar, qeyri-insani rəftara, cinsi zorakılığa məruz qoyduğu, məcburi əməyə cəlb etdiyi, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, uşaqların valideynlərdən zorla ayrıldığı bildirilir. /Novator.az/


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1038   Tarix: 22 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr
.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarında

20 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Vyetnam Ukraynaya 500.000 dollar humanitar yardım ayırıb

Vyetnam Ukraynaya 500.00 dollar dəyərində yeni humanitar yardım paketi təqdim edib. xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində bildirib. O, Vyetnam hökumətinə və xalqına dəstəyə görə təşəkkür edərək, bu addımın iki ölkə arasında uzunmüddətli dostluğu

20 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr