Milyarder ailənin CV ilə iş axtaran övladı...

Milyarder ailənin CV ilə iş axtaran övladı...El arasında deyimə görə, sağlamlığı pulla satın almaq olmaz. Amma bəzən istisnalar da olur. Buna bahalı əməliyyatlarla 102 il ömür yaşayan amerikalı milyarder David Rokfelleri misal göstərmək olar.

"Qafqazinfo" xəbər verir ki, David Rokfeller 12 iyun 1915-ci ildə anadan olub. Amerikanın ən zəngin ailəsinin nəvəsi məktəb illərində sinfin ən yaxşı şagirdi hesab olunurdu və 1936-cı ildə Harvardda klassik ingilis ədəbiyyatı və tarixi fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, sonradan təhsil aldığı universitetə 100 milyon dollar ianə edir.

David Rokfeller üçüncü nəsil zəngin olub. Onun babası Con Rokfeller "Standard Oil Company" neft trestinin yaradıcısı olub və ABŞ tarixinə ölkənin ilk milyarderi kimi düşüb. Buna baxmayaraq, Rokfellerlər hər şeyə öz zəhməti və ağlı ilə nail olublar, ona görə də övladlarına heç vaxt güzəştə getməyib, onları oxumağa, işləməyə və inkişaf etməyə məcbur ediblər.
Milyarder ailənin CV ilə iş axtaran övladı...David Rokfeller 1940-cı ildə, cəmi 25 yaşında Çikaqo Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb. Elə həmin il o, valideynləri Uoll Stritdə hüquq firması olan ailədən Marqaret Makqrat adlı qızla evlənib. Cütlüyün bu evlilikdən altı övladı dünyaya gəlib.

Rokfeller ilk işini 1940-cı ildə tapıb. Atası oliqarx olsa da, gənc iqtisad elmləri doktoru özü iş axtarmağa, CV göndərməyə və müsahibələrə qatılmağa başlayıb. Əla təhsilli, qüsursuz davranışı və böyük adı olan bir oğlan Nyu York merinin katibi vəzifəsinə işə götürülür.
Milyarder ailənin CV ilə iş axtaran övladı...Bundan əlavə, Davidin karyerası sürətlə inkişaf etdi. O, tezliklə Müdafiə, Səhiyyə və Rifah Departamenti üzrə regional direktor köməkçisi vəzifəsində çalışır. 1942-ci ildə gənc Rokfeller işinə fasilə verir və cəbhəyə sıravi əsgər kimi yollanır. Fransada və Şimali Afrikada kəşfiyyatla məşğul olub. Müharibənin sonu David Parisdə kapitan və hərbi attaşe köməkçisi rütbəsində olub.

1945-ci ildə Rokfeller ordudan tərxis olunur və bir il istirahət edir. Lakin 1946-cı ildə yenidən iş axtarmağa başlayır və Nyu-Yorkun böyük banklarından biri olan "Chase National"da işə düzəlir. 1952-ci ildə David artıq bu bankın vitse-prezidenti idi və onun rəhbərliyi altında "Chase National" "Manhattan Bank" ilə birləşir. Beləliklə, "Chase Manhattan" adlı yeni bir bank yaranır.
Milyarder ailənin CV ilə iş axtaran övladı...David Rokfellerin həyatı 1976-cı ildə başa çata bilərdi. Milyarder o zaman ağır avtomobil qəzası keçirir və təcili ürək transplantasiyasına ehtiyac duyulur. Bundan sonra milyarder daha beş ürək transplantasiyası əməliyyatı keçirir, sonuncunu isə 2015-ci ildə 100 yaşında gerçəkləşib. Son əməliyyat ən yaxşı avadanlıqlarla təchiz olunmuş Rokfellerin öz iqamətgahında baş tutub. Transplantasiya asan olmayıb və bu, 6 saatdan çox davam edib. Bundan başqa, milyarder 3 böyrək, 2 ciyər transplantasiyası əməliyyatı keçirib.

"Hər dəfə yeni bir ürək əldə edəndə sanki həyat nəfəsi bədənimdən keçir. Özümü aktiv və canlı hiss edirəm. Mənə tez-tez sual verilir. Mən həmişə eyni cavabı verirəm: sadə həyat sürün, uşaqlarınızla oynayın, gördüyünüz işdən həzz alın" - Rokfeller deyirdi.

David Rokfeller 2017-ci il martın 20-də 102 yaşında Nyu-York yaxınlığındakı Pokantiko Hillsdəki malikanəsində yatağında vəfat edib. Həyat yoldaşı isə 1996-cı ildə 80 yaşında dünyasını dəyişib. Rokfellər isə 200 yaşınadək yaşamaq arzusunda idi...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2045   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Fransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır

Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat

19 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Vyetnam Ukraynaya 500.000 dollar humanitar yardım ayırıb

Vyetnam Ukraynaya 500.00 dollar dəyərində yeni humanitar yardım paketi təqdim edib. xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində bildirib. O, Vyetnam hökumətinə və xalqına dəstəyə görə təşəkkür edərək, bu addımın iki ölkə arasında uzunmüddətli dostluğu

20 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Kallas: Rusiya ərzaqdan silah kimi istifadə edir

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib. xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son 1

20 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr