İsrail-İran GƏRGİNLİYİ – Azərbaycana necə təsir göstərəcək?

İsrail-İran GƏRGİNLİYİ – Azərbaycana necə təsir göstərəcək?"Azərbaycan xarici siyasətinə mehriban qonşuluq prinsiplərinə əsaslanaraq həm İran, həm də İsraillə münasibətlərin qorunmasını dəstəkləyib. Ən çətin zamanlarda İsrail Azərbaycanı həm siyasi, həm də hərbi-texniki cəhətdən dəstəkləyib. Bundan əlavə, dünyada fəaliyyət göstərən yəhudi lobbisi də ikinci vətən hesab etdikləri Azərbaycanının mövqeyini tam şəkildə müdafiə edib. Hər iki Qarabağ müharibəsində İsrailin Azərbaycana olan dəstəyi danılmazdır".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Belə ki, İran və İsrailin ölkəmizdəki səfirlikləri arasında diplomatik gərginliyi şərh edən politoloq qeyd edib ki, cənub qonşumuz Tel-Əvivdən fərqli olaraq Azərbaycana mənfi münasibət sərgiləməyə davam edir:

"Dini, tarixi, milli baxımdan Azərbaycanla əlaqə bağlantısı çox olan İran nədənsə Qarabağ münaqişəsi məsələsində daim əks cəbhədə olan Ermənistanı müdafiə etməkdə canfəşanlıq göstərib. Təbii ki, bu da öz növbəsində Azərbaycan üçün qəbuledilməz addım hesab olunur. Burada əsas məsələ İranın iqtisadi maraqlarıdır. Onsuz da sanksiyalar altında inildəyən İranın yeni iqtisadi itkilərlə qarşılaşmaq istəməməsi başa düşüləndir. Lakin bunu Azərbaycana qarşı təhdidlər, hədələr süzgəcindən yox, mehriban qonşuluq siyasəti üzərindən etməklə əməkdaşlıq qurmaq lazım idi".

Amid Əliyev qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən hər iki ölkənin səfirlikləri arasında münasibətlərdə gərginlik pik həddə çatıb:

"Rəsmi İran daha doğrusu, İranın dini radikal birlikləri Azərbaycanda İsrail şirkətlərinin mövcudluğunu və Qarabağda iştirakını qırmızı xəttin keçilməsi kimi qiymətləndirib. Azərbaycan bu il ərzində İranın siyasi rəhbərliyi ilə iki dəfə rəsmi görüş keçirib və münasibətlərin normallaşması üçün müvafiq addımlar atıb. Lakin görünən odur ki, İrandakı dini radikal qüvvələr tamam başqa fikirdədirlər".

Müsahibimizin fikrincə, İran və İsrail arasında münasibətlərin kəskinləşməsi və bunun Azərbaycana proeksiya olunması və eləcə də İranla münasibətlər Tehranın növbəti addımlarından asılı olacaq:

"Hamıya yaxşı məlumdur ki, İran Qərbin hədəfindədir. Artıq 40 ildən çoxdur ki, Qərb bu ölkənin siyasi rejimini hər vəchlə devirmək fikrindədir. Belə olan halda İran həm Azərbaycan, həm də İsraillə münasibətlərin normallaşmasına xidmət edən addımlar atmalıdır. Əks halda bu, İran üçün heç də arzuolunan nəticələr verməyəcək.

İran sətiraltı olsa da, Zəngəzur dəhlizinin açılmasını istəmir, Azərbaycanın daxili və xarici işlərinə müdaxilə imkanlarını axtarır, dini seqmentdə Azərbaycana qarşı hücumdadır. Yaddan çıxarmaq lazım deyil ki, İranda 30 milyona yaxın soydaşımız yaşayır ki, daim azadlıq və müstəqillik arzusu ilə alovlanırlar. İndiki zamanda İrana və bölgəyə yeni bir atəş lazım deyil.

Bunu İranın siyasi və dini rəhbərliyi nə qədər tez anlasa, bir o qədər məqsədəuyğun olar.

Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olan tərəflərin həm siyasi, həm də iqtisadi gücü İrandan dəfələrlə çoxdur. Bu halda İran ona təklif olunan strateji yol xəritəsi ilə barışmalıdır. Əks halda, Azərbaycanın bu məsələni öz xeyrinə həll etməsi üçün çoxlu sayda manevr imkanları mövcuddur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1308   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr