ABŞ-dan Ərdoğana "hədələyici" mesaj: çətin olacaq…
Nüfuzlu "Nyu York Tayms" dərgisində yayınlanan son məqalədə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ağ Ev administrasiyası üçün "baş ağrısına" çevrildiyi yazılıb. Qəzet bildirib ki, ABŞ Prezidenti Cozef Bayden yaşlı və az hərəkətlidir, bunun əksinə olaraq Rəcəb Tayyib Ərdoğan dinamikdir və onun fəallığı Qərbin maraqları ilə üst-üstə düşmür.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton Türkiyə, BMT, Ukrayna və Rusiya təmsilçiləri ilə İstanbulda imzalanan taxıl anlaşmasını sözdə dəstəkləsə də, əsl həqiqətdə Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır:
"Çünki bu vasitəçilik Türkiyənin bölgədəki rolunu və gücünü artırır. Bu isə Türkiyənin Soyuq müharibə illərindəki müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun deyil. Kiyevlə Moskva arasında vasitəçi Yunanıstan olsaydı,, Vaşinqton həm sözdə, həm də əməldə Afinanı dəstəkləyərdi. Ancaq Yunanıstanın bölgədə çəkisi yoxdur, üstəgəl, Rusiya bu dövləti "qeyri-dost dövlətlər" siyahısına əlavə edib".
Politoloq ABŞ-ın bu cür münasibəti və Türkiyədəki sivil toplumlara təsiri kontekstində Türkiyə Cümhurbaşqanı üçün gələnilki prezident və parlament seçkilərinin ağır keçəcəyini qeyd edib:
"Türkiyədə keçirdiyim son görüşlər və müşahidələrim əsasında gəldiyim qənaət budur ki, hakim partiya bu dəfə liderliyi əldən verə bilər. Türkiyədə qiymət artımı insanları narahat edir, vətəndaşların alış gücü azalıb. Bunun seçkinin nəticələrinə təsiri olacaq. Ərdoğanın neçə il öncə maraqlı ifadəsi var idi: "metal yorğunluq", yəni Cümhurbaşqanı bu ifadə ilə partiyadaşlarını xəbərdar etmişdi ki, fəallaşmaq və vətəndaşların qəlbini yenidən qazanmaq lazımdır. Ərdoğan 20 il ərzində özünü və partiyadaşlarını seçkilərdə qəbələlərlə sevindirdi. Bu dəfə də bu mümkün olacaqmı? Türkiyədə söhbət etdiyim bəzi ekspertlər Ərdoğanın gələn ilin iyununu gözləmədən seçkini erkən tarixə, misal üçün bu ilin noyabr ayına təyin edə biləcəyi ehtimalının olduğunu da vurğulayırlar. Məqsəd qış aylarını gözləmədən indiki reytinqi qoruyaraq seçkiyə qatılmaqdır. Bütün hallarda noyabr və ya iyun ayı olsun, hakimiyyətə seçkidə səsləri qorumaq üçün iqtisadiyyatda dönüş yaratmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı