İlham Əliyev: "Sahibkarlar qarşısında qanunsuz tələblər irəli sürülür" – VİDEO
"Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz".
Bunu Prezident İlham Əliyev bu gün Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman deyib.
Dövlət başçısı qeyd edib ki, bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər:
"Ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 896 Tarix: 25 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadla xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliye
2 aprelCeyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesini
27 martNəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat etdi
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919-1920), publisist Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tarixi şəxsiyyətin bacısı nəvəsi Rafat Cuvarlinski Gəncədə dünyasını dəyişib. Uzun illər həmkarlar ittifaqı qurumlarında çalışan R.Cuvarlinsk
3 aprelTürkiyə Suriyanın bu təklifini qəbul etdi
Türkiyə Suriya hökumətinin dəvətinə cavab olaraq, ölkədə qalan kimyəvi silah qalıqlarının məhv edilməsi istiqamətində yaradılmış xüsusi işçi qrupuna qoşulub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, bu addım Suriyada təhlükəsizliyin gücləndirilməsi və kimyəvi silahların yaratdığı riskləri
19 martİlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şəri
20 mart