Nazir Xaçatryan: "Ermənistan peyk istehsalına başlamağı planlaşdırır..."

Nazir Xaçatryan: "Ermənistan peyk istehsalına başlamağı planlaşdırır..."Ermənistan hakimiyyəti ölkədə kosmik peyklərin istehsalını təşkil etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bildirib.

O bildirib ki, hazırda Ermənistanda peyklərin istehsalı üzrə əsas tərəfdaş kimi İspaniyanın "Satlantis" şirkəti ilə danışıqlar aparılır. Eyni zamanda, nazirin sözlərinə görə, Ermənistan tərəfi digər şirkətlərlə də əməkdaşlığa açıqdır. Nazir aydınlaşdırıb ki, söhbət rabitə peyklərindən getmir.

"Bizim peykimiz rabitə peyki deyil, o, Yerin uzaqdan zondlanması üçün peykdir və biz həm də gələcəyi düşünürük, hazırda uzaqdan zondlama peykləri istiqamətində düşünürük", - deyə nəşr Xaçatryandan sitat gətirir.

O, həmçinin yaxın iki ildə Ermənistanın kosmosa ikinci peykini çıxaracağını da bildirib. "İkincisi də şəkil çəkən bir peyk olacaq. Tarixləri deyə bilmərəm, ancaq təxminən 2023-2024-cü illər olacaq", - nazir bildirib.

Xaçatryanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılmalıdır. "Artıq iş gedir, tərəfdaşlarımız vasitəsilə biz sifariş vermişik, artıq avadanlıqların tədarükü başlanır, eyni zamanda, təlim proqramları həyata keçirilir, mütəxəssislərin yenidən hazırlanması, yəni ümumi, kompleks işlər aparılır", - deyə o bildirb.

Bundan əvvəl, iyun ayında Ermənistan prezidenti Vaaqn Xaçaturyan da respublikanın hakimiyyət orqanlarının gələcəkdə peyklərin müstəqil istehsalı yaratmağı planlaşdırdığını bildirmişdi.

Xatırladaq ki, mayın 26-da baş nazir Nikol Paşinyan bir gün əvvəl Kanaveral burnunda yerləşən kosmodromdan SpaceX gəmisi ilə ABŞ-da orbitə ilk erməni peykinin buraxıldığını da bildirmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 955   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

İran 75 min etirazçını öldürüb - Tramp

İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib

20 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı

Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər

20 oktyabr
.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy

19 oktyabr
.

Fransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib

Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir

20 oktyabr
.

Bu şəhərlərdə gecələr küçəyə çıxmaq yasaqlandı

Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub

20 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr