"Rusiya Ukraynaya müdaxilə etməklə, BMT Nizamnaməsini yandırıb..."

"Rusiya Ukraynaya müdaxilə etməklə, BMT Nizamnaməsini yandırıb...""Rusiyanın Ukraynanı dünya xəritəsindən silmək niyyətində olduğuna daha heç bir şübhə olmamalıdır..."

"Biz kənarda dayanmayacağıq və buna susmayacağıq..."

"Rusiya beynəlxalq hüququ və BMT Nizamnaməsi prinsiplərini kobud şəkildə pozub"

"Qərb dövlətləri Ukraynanı silahlandırmaqla Rusiyaya qarşı bilavasitə müharibə aparır"

"Ukraynada müharibə uzunmüddətli fazaya keçib və siyasi dialoq kəsilib"

Dünya düzənini və BMT Nizamnaməsini müdafiə etmək üçün ABŞ digər müttəfiqləri və tərəfdaşları ilə Rusiyanın Ukraynanın yeni ərazilərini ilhaq etmək cəhdlərinə qarşı olacaq.

Moderator.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın daimi nümayəndəsi Linda Tomas-Qrinfild bəyan edib.

"Bu ilin əvvəlində xəbərdarlıq etdiyimiz kimi, Rusiyanın Ukraynanı geosiyasi vahid kimi məhv etmək və onu dünya xəritəsindən silmək niyyətində olduğuna daha heç bir şübhələr olmamalıdır", - Tomas-Qrinfild deyib.

"Hazırda Rusiya Xerson və Zaporojye vilayətlərinin, habelə Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərinin ilhaqına cəhdlər planlarına yenidən baxır. Bu, əsəb doğurur", - o, vurğulayıb.

Daimi nümayəndə izah edib ki, Rusiya saxta referendumlar keçirmək və ya Rusiyaya birləşmək barədə fərman vermək məqsədilə" işğal etdiyi Ukrayna ərazilərinin qoparılması planlarını "Rusiyanın ələ keçirdiyi rayonlarda qanunsuz etibarlı şəxslərin əllərilə gerçəkləşdirməyi planlaşdırır".

O, vurğulayıb ki, ərazilərin güclə zəbt edilməsi təşkilatın bütün üzvlərinin suveren bərabərlik prinsipinə əsaslanan BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

"Bir ölkə- Rusiya faktiki olaraq BMT Nizamnaməsini yandırıb, - Linda Tomas-Qrinfild davam edib. - Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra fevral ayında dünya Rusiya tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasının və BMT Nizamnaməsinin və sülh, suverenlik, onun dəyər verdiyi mükli şəxslərin qorunması prinsiplərinin tamamilə və mütləq şəkildə məhəl qoymamasının şahidi olub".

"Biz kənarda dayanmayacağıq və buna susqunluqla icazə verməyəcəyik", - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib.

O, həmçinin "bütün tərəflərə" diplomatiyaya çağırış edən və bu zaman Rusiyanın adını çəkməyən ölkələrin nümayəndələrinə müraciət edib: "Gəlin, dəqiq danışaq: məhz Rusiyanın hazırki hərəkətləri bu böhranın həllində yeganə maneədir".

Öz növbəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski söz alaraq Qərb dövlətlərini Rusiyaya qarşı Ukrayna hərbçilərini silahla təchiz etmək yolu ilə bilavasitə müharibə aparmaqda ittiham edib.

"Ukraynanın denasifikasiyası və demilitarizasiyası tam həcmdə davam edəcək, - Poklyanski vərdiş alan terminologiyadan istifadə edərək deyib. - Bu dövlət tərəfindən nə Donbas, nə də Ukraynanın azad edilən əraziləri üçün təhdidlər daha heç vaxt olmamalıdır".

Müzakirələrdə iştirak edən BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib ki, Ukraynada hərbi münaqişə "daha uzunmüddətli fazaya" keçib və, "təəssüf ki, siyasi dialoq praktiki olaraq kəsilib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 933   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021