Dünya bu təyyarəni izləyir - Nensi Pelosi Tayvana gedərsə...

Dünya bu təyyarəni izləyir - Nensi Pelosi Tayvana gedərsə...Biz gecə yatarkən, yaxud səhər yuxudan durarkən, bəlkə 24 saat sonra dünyada daha bir münaqişə ocağı yarana bilər, bu dəfə ABŞ-Çin arasında...

Ağ Evdə oturanlar və Amerikanın siyasi isteblişmenti ya ağlını itirib, ya da dünyanın əsəbləri ilə oynamaqdan zövq alırlar. Ola bilər, dünya ilə məzələnirlər: "Biz beləyik, nə istərik, onu edərik". Kabadayılıq kişiyə yaraşan işdir, amma onun da bir ədəbi var. ABŞ özünü ədəbsiz aparır. Bu ölkəyə ilk dəfə 2003-cü ildə belə güvənsiz baxmışam, bir də son 5-6 ildə. Tramp bir cür ağılsız idi, Bayden isə anlaqsız... Yəqin demək istəyirlər ki, ABŞ-da prezident kimi olursa-olsun, biz sistemi oturuşmuş dövlətik, hətta avtopilotda da idarə oluna bilər... O boyda ölkə indi elə Baydenin reytinqi səviyyəsinə düşüb, hər mənada kiçilib.

Azərbaycanda bir məmurun qudurğan oğlu maşını bərk sürəndə sosial şəbəkələr partlayır: "Tez olun, cəzalandırın!" bağırırlar. Baydenin oğlu isə bu qədər hoqqalardan çıxır, narkomandır, pozğundur, amma Konqres bir araşdırma aparmağa belə cəsarət etmir. Ona görə yox ki, orada azadlıq fışqırır, xeyir, ona görə ki, orada da elə qudurğanların ölkəsində olduğu kimi hakimiyyətdə oturandan qorxurlar. Adamın pisinə gəlir ki, öz ailəsinin ipini yığa bilməyən bu cür dövlət başçıları dünyaya hökmranlıq etmək istəyirlər, milyonlarla insanın taleyilə oynayırlar. Amma indi milyonlar da bəs etmir, milyardlara-Çinə keçiblər.

Söhbət Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfərinin yaratdığı təhlükədən, yeni müharibə qoxusundan gedir. Pelosi Asiyaya səfəri çərçivəsində Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura gedəcək. Bu səfərin əsas intriqası onun Tayvana uçub-uçmayacağı sualıdır. Təsəvvür edin ki, bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-40C" təyyarəsi göyə qalxandan sonra Pelosinin hara gedəcəyini xüsusi proqramla (Flightradar) canlı olaraq 100 min adam izləyib! Təyyarə isə hələ ki, Havay adasındakı hava limanına enib.

Biz dinc xalqıq, sülhü sevirik, o səbəbdən belə qarışıq-dolaşıq işlərdən əksəriyyətimizin heç xəbəri də yoxdur. Amma reallıq budur ki, biz gecə yatarkən, bəlkə səhər yuxudan durarkən, bəlkə 24 saat sonra dünyada daha bir münaqişə ocağı yarana bilər. Bu dəfə ABŞ-Çin arasında...
Çin lideri iki gün əvvəl Baydenlə(onunla danışmağın faydası varmı?)iki saat telefonda danışıb və son olaraq xəbərdarlıq edib ki, ABŞ odla oynamasın, Pelosi Tayvana gəlməsin. İndi dünya həm də bunu maraq və təşfişlə izləməkdədir: Pelosi Tayvana getsə, nə olacaq?

Çin ərazisi hesab etdiyi Tayvan üçün hazırlıqlara başlayıb, ordu hazır vəziyyətə gətirilib. Hətta Çinin hava məkanını bağlaya biləcəyi, ABŞ-ın üçüncü şəxsinin təyyarəsi Tayvana enmək istəyərsə, enişə məcbur ediləcəyi, hətta vurula biləcəyi barədə də iddialar var. Çin Müdafiə Nazirliyi bildirib ki, Pekin Pelosinin Tayvana səfərinə hərbi cavab verəcək, "ordu buna sakit baxmayacaq". Çin Xarici İşlər Nazirliyi də bildirib ki, Pelosi Tayvana səfər edərsə, Pekin qəti və sərt tədbirlər görəcək.

Amerika da dinc durmayıb, Pelosinin Tayvana təhlükəsiz enişi üçün ətraf bazalarda hazırlıqlar olduğu deyilir. ABŞ Ronald Reyqan təyyarədaşıyan gəmisini də Çin yaxınlığına göndərib.

Tayvan isə beynəlxalq hava limanında hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bundan əlavə, Tayvan qırıcılarını aviabazadan səmaya qaldırılıb.

Pelosinin niyyəti gerçəkləşərsə, bu, belə ranqlı dövlət adamının son 25 ildə adaya ilk səfəri kimi tarixə düşə bilər. Maraqlıdır ki, Pelosi hələ aprel ayında konqresmenlərlə Tayvana getmək arzusunda imiş, lakin koronavirusa yoluxduğu üçün səfər təxirə salındı.

İyulun 27-də CNN bildirib ki, Çin bu gərginlikdən öz siyasi məqsədləri üçün istifadə edə bilər. Bəzi beyin mərkəzləri isə hesab edir ki, ikinci dəfə koronavirusa yoluxan Bayden Çinlə qarşıdurma istəmir və Pelosinin Tayvana gedə biləcəyi sadəcə, Çinin əsəblərini yoxlamaq məqsədi daşıyır.

İndi Pelosi Tayvana getməzsə, deyəcəklər ki, ABŞ Çinin hədəsindən qorxdu, getsə isə...Bunun nə ilə nəticələnə biləcəyini isə mütləq biləcəyik./Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1247   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb

Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə

19 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah

18 oktyabr
.

Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki

20 oktyabr
.

Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö

18 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Lavrov İrana səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, Lavrov İran rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün Tehrandadır. Rusiya xarici işlər nazirinin səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasını

19 oktyabr