Bakıda ərini qətlə yetirən qadın: "Oturub xırıltısının kəsilməsini gözlədim" - TƏFƏRRÜAT

Bakıda ərini qətlə yetirən qadın: "Oturub xırıltısının kəsilməsini gözlədim" - TƏFƏRRÜATPaytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Günay Şıxəliyevanınn cinayət işi üzrə təfərrüatlar məlum olub.

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə dindirilən Günay Şıxəliyeva ifadəsində bildirib ki, 1980-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Mahir Şıxəliyevlə ailə həyatı qurub və iki övladları dünyaya gəlib. Əri Yeni Suraxanı qəsəbəsində müxtəlif sexlərdə mebel ustası kimi işləsə də, ailəsini normal dolandırmayıb. Toylarından təxminən 2-3 il sonra Mahir demək olar ki, hər gün spritli içki qəbul edib və tüfeyli həyat tərzi keçirməyə başlayıb. Mütəmadi evə sərxoş vəziyyətdə gəlib onu və uşaqlarını incidib. Onun bu hərəkətlərindən bezən Günay boşanmaq istəsə də atası buna imkan verməyib.

"Uşaqları nisyə araq almağa göndərirdi. Mağazadan nisyə araq verməyəndə uşaqlara deyirdi ki, nənələrindən, babalarından pul alıb ona araq alsınlar. Artıq onunla yaşamaqdan bezmişdim. Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz. Amma dözmək mümkün deyildi. Hadisə günü özümü öldürmək qərarına gəldim. Amma uşaqlar gözümün qabağına gəldi. Fikirləşdim ki, özümü öldürsəm, uşaqlar yenə Mahirlə qalacaq".

Martın 6-da gecə Mahir yenə içkili vəziyyətdə gələrək mübahisə etməyə başlayıb. Mahir onu yumruqla vurmaq istəyəndə oğlu Fərid araya girərək ona mane olub. Bundan sonra əri oğlunun üzünə yumruqla vuraraq onu yerə yıxıb. Mətbəx bıçağını götürüb oğlunun boğazına sıxıb önu öldürəcəyini deyib. Sonra oğlunu buraxaraq uşlaqlar yatdığı otağa keçib. Oturub siqaret çəkdikdən sonra yerə tüpürərək ondan döşəməni təmizləməsini tələb edib.

Günay ifadəsinin davamında bildirib ki, aaat 23:00 rədlərində əri olan otağa baxanda onun uzanmış vəziyyətdə əlində telefon meyxanaya qulaq asdığını görüb. Onun yatmadığını görüb təklikdə ona nəsə edəcəyini düşünüb qorxaraq həyətdəki hamam otağından dəmir lingi götürərək evə qayıdıb. O evə girən zaman Mahir onu görməyib. Otağa daxil olan kimi dərhal uzamnış vəziyyətdə olan Mahirin baş nahiyyəsinə iki dəfə zərbə endirib. Ardınca otagın ortasına keçərək hərəkətsiz vəziyyətdə olan yoldaşının baş və bədən nahiyyələrinə ardıcıl zərbələr vurub. Əlləri və otağın divarları qana boyanıb. Mahirin xırıldadığını eşidib zərbələri dayandırıb. Mətbəxdə əllərini yuyub əynindəki paltarları dəyişib. Otağa qayıdaraq işığı yandırmadan oturaraq ərinin xırıldısının tam kəsilməsini gözləyib. Bir neçə saatdan sonra əllərinin soyuq olduğunu görərək artıq Mahirin öldüyün başa düşüb.

Səhər saat 5 radələrində mərhumun telefonunu götürüb 102 xidmətinə zəng edib. Polis əməkdaşları gələndən sonra uşaqlarının atası evinə yola salıb. Məhkəmə prosesi zamanı Günay Şıxəliyeva ittiham üzrə özünü qismən təqsirli bilib. Sonda məhkəmənin hökmü ilə Günay Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum olunub.//olke.az


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2873   Tarix: 01 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust