Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayır

Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayırRusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Separatçıların təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Ermənistan tərəfinin bu cür təxribata əl atmaları ilk dəfə deyil. Bundan öncə də müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb.

Təxribatların davam etməsi nədən xəbər verir? Rusiya sülhməramlıları atəşkəsin pozulmasına niyə göz yumur?
Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayır"Arxont" elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Modern.az-a açıqlamasında bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsində maraqlı deyil:

"Qarabağda təxribatlara yol verməmək lazımdır. Belə olan halda Qarabağdakı erməni hərbçilərinin "statusu" məsələsi gündəmə gələ bilər. Onlar İrəvana, Bakıya, yoxsa Moskvaya tabedirlər? Həmin hərbi dəstələr regionda müstəqil qüvvə kimi mövcud ola bilməzlər. Əks halda atışmaların və təxribatların qarşısını almaq mümkün olmaz. Onların Qərb dövlətləri tərəfindən kor-koranə istifadə edilməsini görürük.

Fikrimcə, Rusiya sülhməramlı kontingentinin bölgədə olduğu müddət ərzində Qarabağdakı erməni ordusu Rusiya hərbi komandanlığının nəzarətinə keçməlidir. Yalnız bu seçim vəziyyəti sabitləşdirməyə və təxribatlardan qaçmağa kömək edəcək. Onu da qeyd edək ki, bu təxribatların İrəvana heç bir faydası olmayacaq. Paşinyan artıq öz ayağına basır".
Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayırTürkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş isə Modern.az-a deyib ki, Ankara erməni separatçılarının Azərbaycan ərazilərindən çıxarılmasına yardım edəcək.

"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda olan separatçı qüvvələrə regionu tərk etmələrini bildirmişdi. Amma təəssüf ki, bu gün erməni təxribatları ilə qarşılaşırıq. Bəzən hadisələr istədiyimiz kimi olmur. Burada bir neçə qüvvənin istəkləri var. Belə hadisənin olması həm Azərbaycan, həm də Türkiyə üçün təəssüf doğurur. Lakin bildirmək istərdim ki, iki ölkənin bununla bağlı səyləri davam edəcək. Türkiyə Azərbayacana separatçı qüvvələrin Qarabağdan çıxarılmasında dəstək verəcək.

Bizim doğru yolda olduğumuzu hamı bilir. Təxribatların baş verməsi həmin ərazidə Türkiyənin varlığının olmaması ilə əlaqədardır. Hər kəs bilir ki, Türkiyə qüvvəsi orada güclü olarsa, separatçı qüvvələr ərazidən çoxdan çıxarılardı. Təəssüflər olsun ki, Rusiya bunu bacarmadı. Azərbaycan ərazısindən separatçı qüvvələr çıxarılana qədər Türkiyə qardaşına yardım edəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4691   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr