Hərbi ekspert: Azərbaycanın Ordusunun nəzarətinə keçən yüksəkliklər Laçın rayonuna və dəhlizinə nəzarət imkanlarımızı gücləndirir

Hərbi ekspert: Azərbaycanın Ordusunun nəzarətinə keçən yüksəkliklər Laçın rayonuna və dəhlizinə nəzarət imkanlarımızı gücləndirir"Qisas" əməliyyatı Ermənistanın hərbi-siyasi rəhbərliyinə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaradır

Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və xüsusilə, ölkəmizə məxsus olan və rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazisindən qanunsuz erməni silahlı dəstələrinin çıxarılmaması və son günlərdə atəşkəsin düşmən tərəfindən intensiv şəkildə pozulması nəticəsində əsgərimizin şəhid olması Azərbaycan tərəfini bu təxribatlara adekvat cavab vermək məcburiyyətində qoyub. Azərbaycan Ordusu çox qısa müddətdə Laçın ərazisindəki Sarıbaba və Qırxqız yüksəklikləri ilə yanaşı, onların ətrafındakı ərazilərdə yeni mövqeləri azad edib. Həmin ərazilər hazırda ordumuzun nəzarəti altındadır. Bundan başqa, düşmənin artilleriya vasitələri, sığınacaqları və texniki vasitələri sıradan çıxarılıb. Həmçinin bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Sonxeber.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

O qeyd edib ki, hazırda həmin ərazilərdə ordumuz atəş sistemini və mövqeyini möhkəmləndirir. Sonuncu "Qisas" əməliyyatı düşmən tərəfinə kifayət qədər ciddi siqnal oldu. Belə ki, əgər bundan sonra da Ermənistan birgə bəyanatın şərtlərini yerinə yetirməsə, "Qisas" əməliyyatının növbəti mərhələsi də həyata keçirilə bilər.
"Azərbaycan qarşı tərəfin birgə Bəyanatın şərtlərini ya xoşluqla, ya da zorla icra etdirməsində israrlıdır. Azərbaycan üzərinə düşən öhdəliklərin icrasını imzalanma mərasimindən qısa müddət sonra yerinə yetirdiyi halda, məğlub tərəfin bu öhdəlikləri uzatması heç bir halda ölkəmiz üçün qəbul edilən vəziyyət ola bilməz. Bu azmış kimi, atəşkəsin pozulması və Azərbaycan əsgərinin öldürülməsi bağışlanan hal deyil. "Qisas" əməliyyatı qeyri-qanunu erməni silahlı qüvvələrinə xəbərdarlıq siqnalı kimi də qiymətləndirilə bilər. Əgər Ermənistan tərəfi bu əməliyyatdan düzgün nəticə çıxarmazsa, qanunsuz erməni silahlı dəstələr daha ağır zərbələrə məruz qalacaqlar", - deyə Ə.Verdiyev vurğulayıb.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi uğurlu "Qisas" əməliyyatı nəticəsində əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürülüb və düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Bu barədə, eləcə də qanunsuz erməni silahlı ünsürlərinə qarşı keçirilən bu əməliyyatın əhəmiyyəti haqqında danışan hərbi ekspert söyləyib ki, Ordumuzun erməni təxribatları nəticəsində həlak olan hərbi qulluqçumuzun qisasını almaq məqsədilə həyata keçirdiyi son əməliyyat iki mühüm strateji yüksəkliyin - Qırxqız və Sarıbabanın Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi ilə nəticələnib. Yalnız bu yüksəkliklər deyil, həm də onların ətrafında yerləşən digər mövqelər də artıq Azərbaycan Ordusunun nəzarətindədir. Həmin ərazilərdə ordumuz mövqelərinin möhkəmləndirilməsi, yol infrastrukturunun inkişaf etdirilməsi və atəş sisteminin qurulması ilə məşğuldur. Bu proseslərə orada yerləşən hərbi qulluqçularımızın, bölmə və hissələrin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar kontekstində baxılmalıdır.
Ə.Verdiyev deyib ki, Qarabağ ərazisində kifayət qədər çox sayda yüksəkliklər var. Amma Silahlı Qüvvələrimizin məhz Qırxqız və Sarıbaba istiqamətində yeni mövqelər əldə etməsi onu göstərir ki, Azərbaycan gələcəkdə mümkün təxribatların qarşısının alınmasında, xüsusilə də erməni hərbi birləşmələrinin Qarabağdan və Laçın ərazisindən çıxarılmasındakı mümkün fəaliyyətlərdə platsdarm kimi istifadə edə biləcəyi yüksəklikləri azad etməyə üstünlük verib.

O xatırladıb ki, 2016-cı ildə də Azərbaycan Lələtəpə və Talış kəndi ətrafındakı yüksəklikləri, eyni zamanda, Gülüstan istiqamətində bəzi mövqeləri, 2018-ci ildə isə Günnüt istiqamətindəki "Qızılqaya" və "Xunut" dağı yüksəkliklərini düşməndən azad edib. Vətən müharibəsi başlayanda 2016-cı və 2018-ci illərdə azad edilən bu yüksəkliklərin ölkəmiz üçün əks-hücum əməliyyatlarında nə qədər önəmli rol oynadığının da canlı şahidiyik.

"Odur ki, avqustun 3-də azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin gələcəkdə mümkün təxribatların qarşısının alınmasında və erməni silahlılarının Qarabağı tərk etməyəcəyi təqdirdə, "Qisas" əməliyyatının sonrakı mərhələlərində istifadə olunacağı heç bir şübhə doğurmur. Həmin yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi Laçın rayonu ərazisinə və həmin ərazidən keçən Laçın dəhlizinə vizual və atəş nəzarəti imkanlarımızı kifayət qədər gücləndirir.

Digər tərəfdən isə azad edilən yerlərin məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə olması bir daha birgə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə kifayət qədər ləng hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslərə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaratmağa imkan yaradır.
Başqa tərəfdən isə Ermənistanın gələcəkdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, ordumuzun Xankəndinə qarşı da mümkün əməliyyatların aparılmasında məlum yüksəkliklər mühüm əhəmiyyət daşıyacaq", - deyə ekspert sözlərinə əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3015   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul