Azərbaycanda referendum keçiriləcək, sonra parlament buraxılacaq? – Məlahət İbrahimqızı İlqar Məmmədova cavab verdi

Azərbaycanda referendum keçiriləcək, sonra parlament buraxılacaq? – Məlahət İbrahimqızı İlqar Məmmədova cavab verdi"REAL Partiyanın sədri İlqar Məmmədovun Azərbaycanda yaxın vaxtlarda referendumun və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddiasını tamamilə inkar edirəm. Azərbaycan müstəqillik qazandıqdan sonra dəfələrlə parlament, prezident, bələdiyyə seçkiləri, eləcə də erkən prezident və parlament seçkiləri keçirib. Bunların heç biri hər hansı ölkədə baş verən siyasi hadisələrlə deyil, sadəcə olaraq, ölkəmizin ictimai-siyasi həyatı, dövlətimizin apardığı siyasətlə bağlıdır. Biz Azərbaycanın daxili siyasətini ölkəmizdəki proseslərlə, vəziyyətlə əlaqələndiririk. Azərbaycanın milli qanunvericiliyi və konstitusiyası var. Ona görə də İlqar Məmmədovun Azərbaycandakı siyasi vəziyyəti Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqələndirməsini qəbul etmirəm".

Sonxeber.az xəbər verir ki, bunu Pravda.az- açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, o, İlqar Məmmədovun Türkiyədə keçiriləcək seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə də razı deyil: "İlqar Məmmədov Türkiyədə baş tutacaq seçkilərdə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın seçilməsinin sual altında olduğunu bildirir. Bu isə mənə çox qəribə gəldi, çünki bu gün Türkiyədə Ərdoğanın qarşısına çıxacaq ikinci şəxs yoxdur. Hətta İlqar Məmmədovun bu fikri özünün dəstəklədiyini də müşahidə etdim. O, Ərdoğanın seçilməmə şansını elə əminliklə deyir ki, bunun haradan qaynaqlandığını bilmirəm. Əminliklə deyirəm ki, inşallah, gələn il, yəni 2023-cü ildə qardaş Türkiyədə keçiriləcək seçkilərdə Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğan yenidən qalib gələcək. Bu, birmənalıdır. Parlament seçkilərində əvvəlki illərlə nisbətdə bir az aşağı faiz ola bilər, amma bu gün bununla bağlı tam heç nə deyə bilmərik. Türkiyə xalqının seçimi məhz Ərdoğan olacaq. Xalq, ictimaiyyət, seçicilər anlayır ki, dünyada baş verən geosiyasi proseslər fonunda, Türkiyənin yerləşdiyi bölgədə, xüsusilə də Cənubunda beynəlxalq, imperialist, türkofob güclərin həyata keçirmək istədikləri proseslər bəllidir. Onlar illərdir ki, bunu edirlər. 2023-cü ildə də nəyin bahasına olursa,-olsun bu qüvvələr Ərdoğan, eləcə də onun rəhbərlik etdiyi partiya qazanmasın deyə müxtəlif maneələr, seçkiqabağı yeni oyunlar həyata keçirməyə cəhd edəcəklər. İndiyə qədər "Soros"çular, FETÖ-çular müxtəlif problemlər yaradıblar. Həmin qüvvələr dəfələrlə Azərbaycanda da narahatlıqlar yaratmaq istəyiblər. Müxtəlif inqilablar, xüsusilə də son illər iqtisadi böhranlar, inflyasiya, devalivasiya seçkilərdə Rəcəb Tayyib Ərdoğanın seçilməsinin qarşısını almaq və inkişafı zəiflətmək üçündür. Bir ölkə 4-5 aydır, müharibə aparır və bütün dünya ölkələri ona kömək edir. O ölkənin əhalisinin hansı vəziyyətdə olmasını bütün dünya görür. Amma Türkiyə illərdir ki, ölkənin Cənubunda və Yaxın Şərqdə yaradılmış müxtəlif terror qrupları ilə mübarizə aparır. İllərdir ki, Türkiyə anti-terror əməliyyatları keçirir... Türkiyə NATO ölkəsidir və qurumun Nizamnaməsinin 5-ci maddəsində qeyd olunur ki, quruma üzv olan hər hansı ölkənin təhlükəsizliyinə təhdid yaranarsa, bu alyansın digər üzvlərinə də aiddir. Amma indiki halda alyansa daxil olan heç bir ölkə Türkiyəyə kömək etmir. Türkiyə Yaxın Şərqdə terrora qarşı mübarizəni təkbaşına aparır. 2016-cil ilin iyulun 15-də FETÖ-çular ölkədə çevriliş etməyə çalışdılar, amma baş tutmadı. Türkiyə hazırda da terrorla mübarizəni davam etdirir. Terrorla mübarizə elə müharibə deməkdir. Bu mübarizə üçün də dövlətin büdcəsində nə qədər vəsaitin ayrılması məlumdur. Bunların hamısı Ərdoğanın qarşısını almaq üçündür. Onlar bilirlər ki, Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəhbərlik etdiyi müddətdə ölkənin gələcəyi üçün böyük üfüqlər açır. Türkiyənin ildən-ilə dünyanın lider ölkələrindən birinə çevrilməsi Ərdoğan və onun komandasının simasında Türkiyəni sevməyən qüvvələri qane etmir. Buna görə də 2023-cü ildə seçkilər ərəfəsində müxtəlif problemlərin törədilməsinə cəhdlər olacaq. Amma əminəm ki, Türkiyədəki seçkilər uğurla həyata keçiriləcək. Azərbaycanda erkən seçkilərin və referendumum keçirilməsinə gəlincə, bununla bağlı heç bir işartı yoxdur. Seçkilər keçiriləcəyi təqdirdə belə, sadəcə, dövlətin apardığı siyasət olacaq və burada qeyri-qanuni heç bir hal olmayacaq. Türkiyədəki seçkilərin də bunula heç bir əlaqəsi yoxdur. İstənilən halda Azərbaycanla Türkiyə qardaş, dost olmaqla yanaşı, ən yaxın strateji müttəfiqdir. Bununla bağlı iki dövlət arasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi var. İllər keçəcək, iqtidarlar dəyişəcək, amma bu bəyannamə yenə də qüvvədə qalacaq. Yüz ildən artıqdır imzalanan Qars müqaviləsi kimi... Bu müqavilədən sonra Azərbaycan və Türkiyədə nə qədər proseslər olub, amma o, hələ də qüvvəsini saxlayır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1746   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr