Ukraynanın Rusiya əmlakını müsadirə etməsinə Kremldən reaksiya
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanın ölkədəki Rusiya əmlakının müsadirə edilməsi ilə bağlı qərarı təsdiqləməsinə şərh verib.
Sonxeber.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Medvedev Zelenskinin təklifini ciddiyə almayıb. "Onlar bizdən kağız üzərində nəsə almağa çalışırlar, biz isə torpaq üzərində alırıq. Bizim silahlı qüvvələrimiz Kiyev rejiminin cinayət yolu ilə əldə etdiyi əmlakın müsadirə edilməsi və onun Donbassın zərər çəkmiş sakinlərinə qaytarılması məsələsi ilə uğurla məşğul olur",- deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini öz Teleqram kanalında yazıb.
Zelenski daha əvvəl Ukraynada Rusiyanın 765 milyon dollarlıq aktivinə həbs qoyulduğunu bildirib. Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirəsi ilə bağlı işlər davam edir. Rusiyaya məxsus 900-dən çox obyektin dondurulması nəzərədə tutulur.
Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın baş naziri Denis Şmıqal Ukrayna Nazirlər Kabinetinin Rusiyanın dövlət ərazisindəki əmlakını və aktivlərini müsadirə etmək niyyətini açıqlamışdı. O, qeyd etmişdi ki, Ukrayna Nazirlər Kabineti Zelenskinin Rusiyanın əmlakının müsadirə edilməsi haqqında fərmanını təsdiqləyib.
"Bu gün bizim gündəmdə Rusiyanın Ukraynadakı əmlakının və aktivlərinin müsadirəsi ilə bağlı sistem əhəmiyyətli qərarımız var. Obyektlərin siyahısı formalaşdırılıb. Hökumətin qərarına əsasən, xüsusi olaraq Rusiya dövlətinə məxsus 903 obyekt müsadirə olunacaq", - deyə o bildirib.
Ukraynanın baş naziri qeyd edib ki, bütün əmlak üç kateqoriyaya bölünür: dövlətə məxsus, sanksiyaya məruz qalan vətəndaşların və Rusiya şirkətlərinin və Rusiya banklarının aktivləri. Şmıqalın sözlərinə görə, müsadirə edilən Rusiya aktivləri dövlətin müdafiəsi və bərpası üçün istifadə olunacaq.
"Ukraynanın bərpası üçün növbəti böyük addım Rusiyanın Qərbdəki aktivlərinin müsadirə edilməsi olmalıdır",- deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl o Ukraynanın bərpası planının 750 milyard dollar dəyərində olduğunu bildirmişdi.
Qeyd edək ki, Medvedev içkiyə meylli olduğuna görə tez-tez "sərxoş" açıqlamalarla gündəmə gəlir. Az əvvəl o, Qazaxıstan və Gürcüstanın Rusiya ərazisi olduğunu bildirmiş, amma az sonra həmin paylaşımını sosial şəbəkədən silərək hesabının ələ keçirildiyini yazmışdı./Bizimyol
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın