Rəsmi Bakının ermənilərə ultimatum mətni AÇIQLANDI: "Getmək vaxtıdır"

Rəsmi Bakının ermənilərə ultimatum mətni AÇIQLANDI: "Getmək vaxtıdır"Xankəndidəki separatçı rejimin "prezidenti" Arayik Arutyunyan rəsmi Bakının ultimatum mətnini Zabux kəndində ermənilərin "icma lideri" Andranik Çauşyana göstərib.

Bu barədə Çauşyan jurnalistlərə açıqlamasında bildirib.

O, həmin görüşün detallarını açıqlayıb:

"Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə Arayik Arutyunyanla görüşdüm. Bizə dedi ki, vəziyyət ciddidir. Azərbaycandan ultimatum gəlib ki, dəhlizi boşaltmalıyıq. Deyiblər ki, "Yol çəkməklə bağlı razılaşma olub, siz orada heç nə etmədiniz. İndi isə getmək vaxtıdır. Qalan hər şey sizin öz probleminizdir".

Çauşyan jurnalistlərə həmçinin bildirib ki, qondarma rejimin "Ərazi inkişaf naziri" Ayk Xanumyan onlara Zabuxdan çıxmazdan əvvəl evlərini yandırmağı qadağan edib. Deyib ki, "bu, mənasız işdir".

Xatırladaq ki, bu yaşayış məntəqələrində qeyri-qanuni məskunlaşan Ermənistan vətəndaşları Azərbaycanın tələbi ilə avqustun sonuna kimi Laçın dəhlizini tərk etməli və gələcəkdə Ermənistanla əlaqə saxlamaq üçün alternativ yoldan istifadə etməlidirlər.

Xatırladaq ki, Azərbaycan artıq bir il yarımdır ki, yeni yolun tikintisini davam etdirir və demək olar ki, başa çatdırıb. Ermənistan Kornidzor-Tex alternativ yolunun onlara məxsus hissəsinin tikintisi isə başlamayıb. İlk tikinti texnikası Ermənistanın Kornidzor kəndinə yalnız avqustun 4-də, Azərbaycan qisas əməliyyatına başlayanda gətirilib. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın sözlərinə görə, Kornidzor-Tex yolunun tikintisi 2023-cü ilin yazınadək başa çatacaq.

Bununla bağlı separatçı "nazir" Ayk Xanumyan bildirib ki, tikinti işləri başa çatanadək avtomobillər Tex kəndindən Azərbaycanla sərhədə qədər olan 3 kilometrlik torpaq yolla hərəkət edəcək.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2212   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr