"Nənəsi ölmüş" xanımın toruna düşənlər - TƏHQİQAT
Rusiyanın Norilsk şəhər məhkəməsi ölən nənəsinin dəfni üçün ölkənin müxtəlif bölgələrindən olan 67 nəfəri aldadaraq, dələduzluq yolu ilə onların pulunu mənimsəyən qıza hökm çıxarıb.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk məlumat verib. O, bildirib ki, Sterlitamak qəsəbə sakini 22 yaşlı qız 2019-cu ilin oktyabrından 2021-ci ilin aprelinə qədər sosial şəbəkə üzərindən internetdə çoxsaylı kişilərlə tanış olub.
O, seçdiyi qurbanlarına nənəsinin "öldüyü" barədə yanıqlı-yanıqlı danışıb, sonra isə onlardan dəfn xərclərini ödəmək üçün pul "borc vermələrini" xahiş edib. O, zərərçəkmişlərdən bəzilərinə üzü ağ çarşabla örtülmüş yalançı cəsədlə çarpayının fonunda fotoşəkil də göndərib.
Ürəyiyumşaq kişilər fırıldaqçıya müxtəlif məbləğlərdə pul köçürməklə ona "yardım edib". 22 yaşlı qız qurbanlardan daha çox pul qoparmaq üçün maraqlı, təsiredici əfsanələr uydurub.
Beləliklə, fırıldaqçı xanım bu yolla Rusiyanın 20-dən artıq şəhərindən olan şəxsləri öz toruna salmağı bacarıb. Qurbanların arasında ən çox "yardım etmiş" şəxslərin kimliyi açıqlanıb.
Tatarıstanın 28 yaşlı sakini beş ay ərzində dələduza 417 min rubldan çox məbləğdə 56 köçürmə edib. 35 yaşlı Norilsk sakini isə bir ayda 13 dəfəyə 237 min rubldan çox pul göndərib. Daha iki Norilsk sakini isə "nənəsi ölmüş imkansız qıza" 162 min rubl yardım edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübuta yetirilən zərərin ümumi məbləği təxminən 2,3 milyon rubl təşkil edir.
Krasnoyarsk polisi cinayətkarı saxlayarkən axtarış zamanı onun evində 1,25 milyon rubl (təxminən 161.000 ABŞ dollarI) aşkar edərək götürüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2265 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrİran səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy
19 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrRusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına
19 oktyabrYəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə
19 oktyabrABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18 oktyabr