Sahildə gəzən şəxs faciəli şəkildə öldü
Lənkəranda bədbəxt hadisə baş verib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə dəniz kənarında qeydə alınıb.
1985-ci il təvəllüdlü Lənkəran şəhər sakini Müşfiq Həmdulla oğlu Dadaşov dəniz kənarında gəzərkən hündürlükdən yıxılıb və başı sahilbərkitmədə istifadə olunan betona çırpılıb. Ətrafdakı insanların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanadına çatdırılsa da, onda həyat əlaməti müşahidə olunmayıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1268 Tarix: 25 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr