"Səhər "bacı" dedi, günorta otelə çağırdı" - "Lukoil"dəki bıçaqlanmanın təfərrüatı

"Səhər "bacı" dedi, günorta otelə çağırdı" - "Lukoil"dəki bıçaqlanmanın təfərrüatıGəncədə 2021-ci ilin dekabrında "Lukoil" yanacaqdolurdurma mənqətəsində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən Nigar Qafarovaya (ad-soyad şərtidir) 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Hadisənin baş verməsinə gəlincə, Nigar Gəncədə yerləşən "Lukoil"da xadimə işləyib. O, hadisədən bir müddət əvvəl həyat yoldaşından ayrılıb və övladının biri onunla qalıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nigar Qafarova ifadəsində bildirib ki, işdən evə və azyaşlı uşağını baxçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarına çıxaraq təsadüfən həmin istiqamətə gedən tanımadığı avtomobillərə əl edib, həmin avtomobillərdən saxlayan olanda maşına minib uşağını bağçadan götürüb yaşadığı evə gedib. 2021-ci ilin dekabrın 4-də işə getmək üçün "Mercedes" markalı avtomobilə əl edərək onu iş yerinə aparmasını xahiş edib.

Yolda özünü hərbçi kimi təqdim edən Vüsal Məmmədov (soyad şərtidir) qadına nömrəsini verərək hər gün bu yolu gedib-gəldiyini bildirib və lazım olsa, onu apara biləcəyini deyib.

Vüsal bu zaman Nigara bacı deyə müraciət edib. Ancaq günorta saatlarında Vüsal Nigara zəng edərək ona əxalqsız təkliflər edib və onu otelə çağırıb. Vüsal evli olsa da, özünü boşanmış kimi təqdim edib.

Vüsalın ona əxlaqsız təkliflər etməyindən təsirlənən qadın, ondan qisas almaq niyyətinə düşüb. Vüsalın otelə getməklə bağlı təklifinə "hə" deyən Nigar onu orada bıçaqlamağı düşünüb.

Bunun üçün Nigar evdən bıçaq götürərək çantasına qoyub və Vüsalı görüşə çağırıb. Bu zaman Nigar fikrini dəyişərək ona əxalqsız təkliflər edən şəxsi "Lukoil" YDM-də bıçaqlamaq qərarına gəlib. O, bu səbəbdən uşağın sənədlərinin iş yerində qaldığını deyib. "Lukoil"ə çatan zaman Nigar əvvəlcə Vüsalın sağ bədən nahiyyəsindən iki, daha sonra isə sağ bud nahiyyəsindən 4-5 bıçaq zərbəsi vurub. Bu zaman Vüsal maşından düşərək qaçıb. Nigar isə əsəbini maşına zərər vurmaqla soyutmağa çalışıb.

Nigar hadisədən sonra oğlunu bağçaya qoyub, daha sonra iş yerinə gələrək təmizlik işləri aparıb. Bundan sonra Gəncə şəhər Nizami rayon polis bölməsinə gedərək tanımadığı bir nəfəri şəxsi ona əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğunu bildirib.

Qeyd edək ki, N saylı hərbi hospitalda stomatoloq vəzifəsində işləyən Vüsal Məmmədov məhkəmədə Nigarın iddialarını yalanlayıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3721   Tarix: 30 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust