Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asıb... - Ananın dəhşətli cinayəti

Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asıb... - Ananın dəhşətli cinayətiBakıda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və "Sabirabad hotel" adı ilə tanınan kafedə daimi yaşayıb. O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib və həmin vaxt uşağın cinsiyyətini öyrənmədən övladından imtina edib. Daha sonra yenidən hamilə qalan qadın bu il martın 30-da saat 01 radələrində paytaxt ərazisində özündə ağrılar hiss edib. Daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında, gecə saat 04 radələrində təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellafon torbaya qoyaraq ağzını düyünləyərək bağlayıb və boğularaq ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 38 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı saat 03 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı "Anatolia" restoranının divarından asaraq uzaqlaşıb.

Aprelin 2-də isə kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitini aşkar edərək məlumat veriblər. 2 gün sonra uşağın anasının yeri müəyyən edilərək saxlanılıb.

Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə etdiyini deyib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3272   Tarix: 30 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust