18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - "Qızlarımı xilas edin" - FOTOLAR

18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - "Qızlarımı xilas edin" - FOTOLAR2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla qafqazinfo-ya müraciət edib.

Sonxeber.az xəbər verir ki, 18 il müddətinə həbs cəzasına məhkum edilən M.Şamilov qayınanasının himayəsinə verilmiş azyaşlı qızlarının taleyindən narahat olduğunu bildirib və onların bacısı Sevinc Nurəliyevanın himayəsinə verilməsini xahiş edib.

Məsələ ilə bağlı aidiyyəti məhkəmə instansiyalarına müraciət etdiyini bildirən məhbus azyaşlı övladlarının qayınanasının yanında yaşamasının onların gələcəyi üçün riskli olduğunu düşünür:

"Mən öz cəzamla razılaşmışam və cəzamı da çəkirəm. Lakin övladlarım bu vəziyyətə görə günahkar deyil. Əvvəlcədən qeyd edim ki, baş vermiş cinayətdə qayınanam Zəminə Məmmədlinin böyük təsiri olub. Qeyri-sağlam həyat tərzi keçirən, müğənni kimi özünü təqdim edən, günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədəki insan alveri əməliyyatından sonra Azərbaycana deportasiya edilib və Türkiyəyə daxil olmasına qadağa qoyulub. O, öz qızını, yəni mənim həyat yoldaşımı narkotik vasitələrə öyrəşdirərək özündən asılı vəziyyətə saldı və özü kimi əyri yola çəkdi, müğənni kimi müxtəlif məclislərə apararaq pul qazanmağa, varlanmağa çalışırdı. Qayınanama məxsus olan müxtəlif pornoqrafik görüntülər də cəmiyyətdə yayılıb. İndi bu qadın mənim 2 körpə qızıma hansı tərbiyəni verəcək, onlara necə dəstək olacaq, qızlarımı necə cəmiyyətə yararlı, savadlı, əqidəli vətəndaş kimi böyüdəcək?!"

18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - "Qızlarımı xilas edin" - FOTOLARMurad Şamilov bildirib ki, oğlu qızlarından böyük olduğuna görə hadisələri dərk edir və illər əvvəl nənəsinin əməllərini gördükdə ona etiraz da edib:

"Oğlum anası ilə evdən gedib nənəsigildə qalanda anası ilə nənəsinin etdiyi hərəkətləri görüb, onların həyat tərzini görüb etiraz etmişdi. Bundan sonra qayınanam Zəminə onu evdən qovub və o vaxtdan oğlum bacımın yanında, yəni bibisi Sevincin himayəsində yaşayır. Hadisə baş verdikdən sonra – 2020-ci ilin dekabr ayında Binəqədi Rayon Məhkəməsi işi tez həll etməyə və qarşı tərəfə olan neqativ münasibətinə görə oğlumu bacım Sevincin, qızlarımı isə qayınanam Zəmilənin himayəsinə verdi. Amma bu, məni çox narahat edir. Qızlarımın bir neçə il sonra insan alverinin qurbanı olmayacağına kim zəmanət verə bilər? Öz qızını insan alverinə cəlb edən şəxs, nəvələrinə də bunu etməzmi?"

Həbsxanadan göndərdiyi məktubda Murad Şamilov sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsində qəyyumluqla bağlı məsələyə yenidən baxılacağını bildirib. Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək iclasda qızlarının qayınanasından alınaraq bacısına verilməsinin vacib olduğunu bildirən məhbus dövlət qurumlarından məsələni dərindən araşdırmasını xahiş edib.

18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - "Qızlarımı xilas edin" - FOTOLARİttihamlarla bağlı Murad Şamilovun qayınanası, 2010-cu ildə ANS televiziyasında keçirilən "Toylar kraliçası" mahnı müsabiqəsinin qalibi Zəminə Məmmədli ilə də əlaqə saxladıq. Qadın açıqlamasında keçmiş kürəkəninin dediklərini böhtan adlandırdı:

"Məni araşdırın, ömrümdə heç Türkiyədə olmamışam. Murad özü əxlaqsız həyat tərzi sürüb, qızım onu dəfələrlə başqa qadınlarla tutub, bu barədə çoxsaylı fotolar da var. Məhkəmə də, icra qurumları da dəfələrlə mənim evimdə olublar, şəraitimi araşdırıblar və qızım Şəhanənin iki qızını mənim himayəmə veriblər. Sentyabrın 8-də yenə məhkəmə olacaq. Murad hər yerə mənim haqqımda ağzına gələni yazır, amma onun dediklərinin heç birinə inanmayın. Mən alın açıqlığı ilə müğənnilik edib çörəkpulumu qazanıram. Həyat yoldaşım da, oğlum da musiqiçidir, mənimlə birgə toylara gedirlər. Muradın 3 bacısı boşanıb bir həyətdə yaşayır. Onlar mənim nəvələrimə baxa bilər? O, mənim göz bəbəyim kimi böyütdüyüm qızımı qətlə yetirdi. Əqidəsi olan adam, qızlarının gələcəyini düşünən adam arvadını öldürüb balalarının başını aşağı edərmi?!"

18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - "Qızlarımı xilas edin" - FOTOLAR18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - "Qızlarımı xilas edin" - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5829   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust