""Location" klubda rəhbərliyi direktor yox, administirator edib"

""Location" klubda rəhbərliyi direktor yox, administirator edib"Bakının mərkəzində 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkəmə keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin ifadələrinin yekunlaşdığı elan edilib. Qeyd olunub ki, əksər zərərçəkmişlər məhkəməyə məktub göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər. Bir neçə zərərçəkmişin isə məhkəməyə gətirilməsi mümkün olmayıb.

Daha sonra şahid ifadələri dinlənilib. Əvvəlcə şahid Hüseyn Həmidov danışıb. O, bildirib ki, klubda DJ kimi fəaliyyət göstərib: "Hər gün axşam saat 9-10 radələrində işə gəlirdim. Səhərə qədər də orada olurdum. Məni işə Rəsul qəbul eləmişdi. Martın 11-dən "Location"da işləyirdim. Əmək müqaviləm isə yox idi. Rəsul başqa bir klubda məni görüb, işimi bəyənib dəvət eləmişdi. Orada göstəriş verən də elə Rəsul idi, çünki administrator idi. Maaşımızı isə gündəlik kassir verirdi. Mən Orxan adlı şəxsi tanımamışam".

Daha sonra "Location" klubun daxil olduğu "Merser Food" MMC-nin rəhbərlərindən biri Nurlan Kərimli ifadə verib. O bildirib ki, hazırda partlayışa görə həbsdə olan Orxan Səfərlini 2002-ci ildən tanıyır: "Onunla iş birliyimiz 2018-ci ildən başladı. Orxan və İsrail Yusifov "Merser Food" MMC-yə rəhbərlik edirdi. Onlar şirkəti əvvəlki sahiblərindən alandan sonra MMC-nin tərkibində "The Place" adlı çay evi açıb işlətməyə başlamışdılar. Daha sonra oranı "pub"a çevirməyə qərar verdilər. Orxan dindar olduğu üçün "pub" işlətmək istəmirdi. Ona görə o heç bir işə qarışmadı. Sadəcə sənəd üstündə MMC-nin rəhbəri idi. Obyekti qardaşı işlədirdi və gəlirləri də o götürürdü. Daha sonra onlar "Location" klubu icarəyə götürüb işlətməyə başladılar. Eynilə burada da Orxan formal direktor idi. Orxanın, ümumiyyətlə, bu biznesə başlamaqdan xəbəri yox idi. Çünki ilin 6 ayını Türkiyədə olurdu. Qardaşı Elşən və İsrail bu qərarı vermişdilər. Rəsul Rəsulov obyektə administrator təyin olundu və bütün işləri o həyata keçirməyə başladı. Orxan "Location"la bağlı heç bir tapşırıq verməyib. Faktiki olaraq kluba rəhbərliyi Rəsul Rəsulov edib. İşçilərin işə qəbulu, bazarlıqların və əylənəcələrin təşkili və sair hamısı Rəsulun səlahiyyətində idi. Sonradan qanun dəyişdi ki, bir direktor iki MMC-yə rəhbərlik edə bilməz. Ona görə Orxanın direktor fəaliyyətini mən üzərimə götürdüm. Amma mən də formal olaraq direktor olmuşam. Bütün idarəetmə Rəsulda olub".

Daha sonra şahid qismində Elşən Səfərov ifadə verib. E.Səfərov partlayışa görə ittiham olunan Orxan Səfərlinin qardaşıdır. O bildirib ki, qardaşı ilə birlikdə əvvəllər Nərimanov rayonunda "The Place" adlı çay evini işlətməyə başlayıb: "Pandemiyadan sonra çay evində işlər zəiflədi deyə oranı "pub"a çevirdik. Bir gün dostum zəng etdi ki, şəhərdə bir obyekt var, çox gözəldir, icarəyə verirlər. Oranı götürüb işlətməyi təklif etdi. Həmin vaxt Rəsul "The Place"də mənim yanımda işləyirdi. Rəsulla birlikdə gedib obyektə baxdıq. Çox bəyəndik. Rəsul dedi ki, "buranı götürün mən işlədim. Mən də bunu qardaşımgilə təklif elədim. Onlar investor kimi bu işə razılıq verdilər. Amma faktiki olaraq işə heç bir aidiyyətləri yox idi. "Location"u götürüb işlətməyə başladıq. Mən ora tez-tez getmirdim. Rəsula tapşırmışdıq. İşçilərin hamısını Rəsul özü yığdı. İşə nəzarət də onda idi. Yəni qardaşımın orada heç bir fəaliyyəti olmayıb, sadəcə kağız üzərində MMC-nin rəhbəri olub".

Hakim Elşən Səfərovun ifadəsini yarıda kəsərək davamının növbəti prosesdə dinləniləcəyini bildirib. Növbəti iclas sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində bir nəfər hadisə yerində, 3 nəfər isə sonradan xəstəxanada ölüb. 34 nəfər yaralanıb, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib. İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub. Partlayışa görə klubun meneceri Orxan Səfərli, administrator Rəsul Rəsulov və FHN-in ərazi inspektoru Ruslan Məmmədov saxlanılıb. Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovu ev dustaqlığına buraxıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2565   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust