Paşinyan: "Azərbaycan Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək"
"Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
"Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistan Azərbaycandan, Azərbaycan isə Ermənistandan keçməklə nəqliyyat marşrutları əldə edəcək. Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir. Ümid edirik ki, yaxın gələcəkdə Rusiyanın dəstəyi ilə bu problemi həll edəcəyik", - deyə o qeyd edib.
Paşinyan əmin olduğunu bildirib ki, Ermənistan ərazisindən cənubu şimalla, qərbi şərqlə birləşdirəcək yollar keçəcək.
"Hesab edirəm ki, bu layihə təkcə Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həm də Rusiya Federasiyası, Uzaq Şərq ölkələri, Afrika regionu, bütövlükdə Yaxın Şərq üçün çox vacibdir", - deyə o əlavə edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3449 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr