Putin: "Bəziləri İrəvanı yox, Bakını seçirlər"
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər gedənlərə orada işləmək daha rahatdırsa, Rusiya biznesinin Ermənistana və digər Avrasiya İqtisadi Birliyi ölkələrinə köçməsi normaldır.
"Biz Rusiya biznesinə fayda verən hər şeyi alqışlayırıq. İrəvanda işləyib, Moskvada yaşamaq mümkündür, buna heç nə mane olmur. Artıq (gedənlərin çoxu) geri qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir, hər şey stabildir. Əgər Ermənistanda işləmək xoşunuza gəlirsə, buyurun", - deyə Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
Rusiya prezidenti əlavə edib ki, bəziləri İrəvanı yox, Bakını seçirlər, həmçinin, "Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb". Onun sözlərinə görə, İT sektoru ilə bağlı biznes nümayəndələri həmin ölkələrə daha tez-tez gedirlər.
Plenar iclasda sessiyanın moderatoru İlya Doronov qeyd edib ki, Ermənistan Rusiyadan "əmək miqrantlarının axını" ilə üzləşib və Ermənistan baş naziri Nikol Paşinyandan rusların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların ölkə iqtisadiyyatında hansı rol oynadığını soruşub.
"Bağışla, Nikol (Paşinyan), o cavab verməyə başlamazdan əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox - iki milyondan çox erməni gəlib", - deyə Rusiya prezidenti vurğulayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir