"Ermənistan biabırçı məğlubiyyəti ilə artıq barışmalıdır" - Deputat
"Artıq Ermənistan ağır məğlubiyyətlə razılaşmalı, üzərinə götürdüyü öhdəlikləri icra edərək, təxribatlarına son qoyaraq, sülh müqaviləsinə imza atmalıdır".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, Ermənistan təxribatlarına davam edərsə, bu onun bir ölkə kimi xəritədən silinməsinə gətirib çıxaracaq:
"Erməni silahlı qüvvələrinin Kəlbəcər və Tovuz istiqamətində təxribatlara əl atması qəbuledilməzdir və 10 noyabr bəyannaməsinin kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, 30 il ərzində işğala göz yuman dünya Ermənistanın bu təxribatlarına susqunluğunu qorumaqda davam edir. Bu da bir daha ölkəmizə qarşı ikili münasibətin sübutudur. Ermənistan və onun havadarları döyüş meydanındakı biabırçı məğlubiyyəti ilə artıq barışmalı, Azərbaycanın diqtə edən tərəf olduğunu qəbul etməlidir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm zəfər Ali Baş Komandan İlham Əliyevin dövlət başçısı seçildiyi gündən bu günə kimi bütün sahələrdə, eləcə də ordu quruculuğu sahəsində atdığı, gələcəyə hesablanmış addımların nəticəsi idi:
"44 günlük Vətən müharibəsi tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Ermənistanın illərdir yaratdığı mifi dağıtmış oldu. Qarabağ artıq öz sahibinə geri qaytarılıb. İllərdir doğma dədə-baba yurdlarına həsrət qalan soydaşlarımız evlərinə qovuşurlar. Qısa zamanda 30 il ərzində erməni vəhşiliyinə məruz qalmış rayon, şəhər, kəndlər yenidən bərpa olunacaq, vətəndaşlarımızın rahat və firavan yaşaması üçün bütün şərait yaradılacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir