Səmərqənddə Əliyev, Ərdoğan və Paşinyan görüşündə nələr danışılacaq?

Səmərqənddə Əliyev, Ərdoğan və Paşinyan görüşündə nələr danışılacaq?Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək...

Sonxeber.az xəbər verir ki, BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov sammitlə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, görüşdə əsas müzakirə mövzusu təhlükəsizliklə əlaqədar olacaq:

"2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının 9 daimi, 3 müşahidəçi üzvü var. Orta Asiya ölkələri və Rusiya, Belarusun təmsil olunduğu təşkilatın unikal bir təşkilat olduğu bildirilir. Bura böyük-kiçik ölkə demədən hər ölkənin maraqlarının qorunduğu, onların təhlükəsizliyinin önə çıxdığı və əsasən iqtisadi maraqların rol aldığı bir təşkilatdır. Hesab etmək olar ki, deyilənlər müəyyən mənada doğru olsa da, bunun axıra kimi mümkün olmadığı hamıya bəllidir. Bunun da başında Əfqanıstanda hakimiyyət dəyişikliyi, Rusiyanın Ukraynaya hücumu fonunda mövcud olan geosiyasi şəraiti nəzərə alsaq, hesab etmək olar ki, bu qurum da deyildiyi kimi sakit günlərini yaşamır. Bura Tacikistan və Qırğızıstan arasında baş verən münaqişələri də əlavə etsək, demək olar ki, bu qurum hələ öz hədəflərinə çatmayıb. Türkiyə və Azərbaycanın təşkilatın sammitinə qonaq qismində dəvət edilməsi, böyük ölçüdə bu qurumdakı qarşıdurma yaradan amilləri neytrallaşdıra və həqiqətən əməkdaşlıq platformasına çevrilə bilər. Hesab edirəm ki, görüşdə əsas məsələ təhlükəsizlik məsələsi olacaq".
Analitik qeyd edib ki, bunun daha çox Rusiyanın qabardacağını, öz işğalçı hərəkətini ört-basdır etmək, Ukrayna işğalına haqq qazandırmaq üçün beynəlxalq imperializmin qarşısında dayanan ölkə imici yaradacaq:

"Buna görə də, ona dəstək olmaqdan danışacaq. İpək yolu iqtisadi layihəsinin inkişafının bu görüşdə əsas yerlərdən birini tutacağı da şübhəsizdir. Azərbaycan və Türkiyənin bura dəvət edilməsinin də bu məsələ ilə əlaqəli olduğunu düşünürəm. Ermənistanın Cənubi Qafqaz regionunda gedən proseslərdən kənar qalmaması üçün bu kimi təşkilatlara çağırılmasının əsas səbəbi yürütdüyü işğal siyasəti ilə bir çox beynəlxalq kommunikasiya layihələrindən kənarda qalması nəticəsində düşdüyü durumdan çıxarmaq və bununla da Azərbaycan-Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsindən sonra onun da beynəlxalq layihələrə qoşulma ehtimallarının olmasını göstərməkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1600   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr