"Təbii proseslər qarşısında insan acizdir" - Ekoloq
İstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi
Bu yay Azərbaycanda meşə yanğınları çox müşahidə olundu. Meşə yanğınlarını yaradan səbəb nədir və əvvəlcədən bunun qarşısını necə almaq olar?
Bununda bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Çingiz İsmayılov bildirib ki, meşə yanğınları dünyanın hər yerində baş verir. Təbii proseslərin qarşısını ala bilmərik, amma qabaqcadan tələfatın qarşısını ala bilərik:
"Meşə yanğınlarının səbəbi təbii və insan amili ola bilər. Meşə yanğınları tarix boyu olub. Çox isti havalarda, şimşək çaxanda meşə yanğını baş verə bilər. Eyni zamanda insan diqqətsizlik edəndə, nəyisə yandırıb tam söndürməyəndə, siqareti yerə atanda meşə yana bilər. Əlbəttə, iqlimin istiləşməsi də yanğına səbəb olur.
Təbii proseslərin qarşısını almaq mümkünsüzdür. Bütün dünyada bu yanğınlar baş verir. Təbii proseslər qarşısında insan acizdir. Biz zəlzələ, vulkan, subasma, sürüşmələrin qarşısını ala bilmərik. Yəni, insan belə gücə malik deyil. Təbii prosesləri anlamaq lazımdır . Harda bu baş verə bilərsə, orada maarifləndirmə işləri aparmaq olar. İqlimlə bağlı kəskin yağıntılar, sürüşmə, subasma təhlükəsi varsa, insanları müvəqqəti köçürtmək lazımdır ki, insan tələfatı olmasın. Bu işləri daim nəzarət altında saxlamaq lazımdır.
Yay aylarında çox müşahidə olunan yanğınlar aydındır ki, diqqətsizlikdən olub. Məqsədli şəkildə də ola bilər. Türkiyədə də istirahət mərkəzində yanğın oldu. Həbs olunan adamlar qəsdən yandırdıqlarını etiraf etdilər. Onların yerli idarəetmə orqanları ilə konflikti var idi və buna görə yandırıblar. Belə şayiələr var ki, meşə qırılmasını ört-basdır etmək üçün meşələr yandırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə idarəsinə dair mütəxəssisləri nəzarəti gücləndirməli, yerli əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Bir çoxları bunu anlamır ki, onların yaşayış vəziyyəti köklü şəkildə dəyişə bilər.Meşənin insan üçün əhəmiyyəti yalnız gözəl mənzərə deyil, ekoloji təsərrüfat üçün vacib əhəmiyyəti var.
Biz Cənubi Qafqazda meşə sahələrinə görən ən axırıncı yerdəyik. Qonşu respublikalarda meşə sahələri daha çoxdur".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı