Uşaqlığından əzab gördüyü atasını öldürdü, 14 il həbs cəzası aldı – FOTO

Uşaqlığından əzab gördüyü atasını öldürdü, 14 il həbs cəzası aldı – FOTOBakıda atasını qətlə yetirməkdə təqsirli bilinən Cahangir Şükürlünün cinayət işi üzrə detallar məlum olub.

Ölkə.az xəbər verir ki, 2021-ci il fevralın 13-də Balaxanı qəsəbəsi, Şəfqət küçəsi 85-də yerləşən evin həyətində üzərində zorakılıq əlamətləri olan 1971-ci il təvəllüdlü Cavanşir Şükürovun meyitinin aşkar edilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü Cahangir Şükürlünün ailə münaqişəsi zəminində atasına bıçaqla çoxsayılı xəsarətlər yetirib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, bir neçə saatdan sonra Ziya Bünyadov prospektində saxlanılaraq, istintaqa təhvil verilib.

İş üzrə təqsirləndirilən şəxs qismində Cahangir Şükürlü bildirib ki, Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olub. Ailədə 4 övladdırlar. İki bacısı və bir qardaşı var.

3-cü sinfə qədər kənd orta məktəbində oxuyub. Sonra isə 5-ci sinfə qədər təhsilini Bakıda yerləşən 215 saylı orta məktəbdə davam etdirib. Uşaqlıq illərindən etibarən atası Cavanşir Şükürov mütəmadi spirtli içki qəbul edib, ailə üzvlərini incidib, anasını döyüb.

Bu səbəbdən anası çıxıb nənəsinin evinə gedib, atası fürsətdən istifadə edib ailə üzvlərinə qarşı əxlaqsız hərəkət edib. Bu barədə Ağsu Rayon Polis Şöbəsinə müraciət etsələr də, sonradan şikayət ərizələrini geri götürüblər.

Təxminən 10 il əvvəl atası avtomobil qəzası törədib, qəza vaxtı bir sərnişin ölüb. Atası barəsində cinayət işi başlanılıb, məhkəmənin hökmü ilə o, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu hadisələrdən sonra o, təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb. Bakıda yerləşən şadlıq saraylarından birində operator köməkçisi kimi çalışıb.

Həmin ərəfədə onlar Sabunçu qəsəbəsinə, nənəsinin yaşadığı evə köçüblər. Atası azadlığa çıxdıqdan sonra anası onu bağışlayıb. Atası Qaraçuxur qəsəbəsində kirayə ev tutub. Qaraçuxurda yaşadıqları müddətdə atası köhnə vərdişlərindən əl çəkməyərək mütəmadi spirtli içki içib, onlara əl qaldırıb.

"2020-ci ilin may ayında Ağsu rayonundakı baba evimizi satıb, əldə etdiyimiz pula Balaxanı qəsəbəsində ev almışdıq. Atam Cavanşir hər xırda məsələyə görə evdə mübahisə yaradıb, təhqiredici sözlər işlədib, bizi evdən qovub. Atamın illərlə bizə qarşı etdiyi hərəkətlərindən artıq yorulub, onu cəzalandırmaq istədim. Əxlaqsız hərəkətləri yadıma düşdüyü üçün ona nifrət edirdim".

Cahangir Şükürlü ifadəsinin davamında bildirib ki, hadisədən 20 gün əvvəl Balaxanı qəsəbəsində yerləşən mağazadan mətbəx bıçağı alaraq, evlərinin yanında, dalandakı borunun içərisində gizlədib. Evdə atası ilə üz-üzə gələndə, hiddətlənib.

Fevralın 10-da atası içkili vəziyyətdə evdə qardaşı Cavidanla mübahisə edib, daha sonra onları evdən qovmaq məqsədilə polisə zəng vurub. Növbəti 3 gün nənəsinin evində qalıblar.
Artıq dözə bilmədiyini düşünərək, qərara gəlib ki, atasına layiqincə cavab verməlidir.

Həmin ayın 13-ü saat 20 radələrində Sabunçu qəsəbəsindən Balaxanı qəsəbəsinə gəlib, borudan bıçağı götürərək, qapının zəngini basıb. Bir neçə saniyədən sonra atası qapını açaraq çölə çıxıb, onun sərxoş olmasını hiss edib. Darvazanın yanında, sağ əlində saxladığı bıçaqla boynuna ilk zərbəni vurub. Sözlərinə məhəl qoymayaraq, ardıcıl, başına, boynuna və bədənini digər nahiyələrinə xəsarətlər yetirməkdə davam edib.

Təxminən 5-6 zərbədən sonra atası Cavanşir Şükürov huşunu itirərək yerə yıxılıb. Cahangir onun öldüyünü görüb hadisə yerindən uzaqlaşıb. Balaxanı qəbiristanlığında bıçağı qəbirlərdən birinin arxasında, torpaqda gizlədib. Sabunçuya qayıtdıqda, nənəsi artıq hadisədən xəbəri olduğunu və polisə təslim olmağını deyib. Əl-üzünü yuyaraq Xırdalan şəhərinə, bacısının evinə gedib. Bacısına hadisəni danışandan sonra qərara gəliblər ki, 12-ci Polis Şöbəsinə getsinlər. Cahangir Şükürlü qeyd edib ki, hadisə vaxtı ətrafda heç kəs olmayıb. O, xəsarət yetirərkən atası müqavimət göstərməyib və köməyə heç kimi çağırmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Şükürov ifadəsində göstərib ki, qardaşı Cavanşir spirtli içki aludəçisi olub:

"Ailə üzvlərimin qardaşımgilə get-gəlişləri az olub, bacardıqca onunla ünsiyyət saxlamamışıq. Qardaşım illərlə arvadına, uşaqlarına əzab-əziyyət verərək, onları döyürdü. Ümumiyyətlə, Cavanşir aqressiv xasiyyətə malik olub.

Qardaşım oğlunu qınamıram, bütün günahlar qardaşımdadır. Cahangir xasiyyətcə sakit, təmkinli və tərbiyəli oğlandır. Baş vermiş hadisənin səbəbi Cavanşirin bütün ailə üzvlərini bezdirməsi, onlara əzab-əziyyət və zülm verməsi olub".

Məhkəmə iclasında Cahangir Şükürlü ittihamları üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını bildirərək ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Cahangir Şükürlünün əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cahangir Şükürlü 14 il müddətinə azadlıqdan məhrum olunub.
Uşaqlığından əzab gördüyü atasını öldürdü, 14 il həbs cəzası aldı – FOTOUşaqlığından əzab gördüyü atasını öldürdü, 14 il həbs cəzası aldı – FOTOUşaqlığından əzab gördüyü atasını öldürdü, 14 il həbs cəzası aldı – FOTO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2931   Tarix: 12 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd

23 oktyabr
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

12 oktyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub

8 oktyabr
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

5 oktyabr
.

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu

19 oktyabr
.

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsini

12 noyabr
.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind

30 oktyabr