"Zerkalnı Əliyar"a maşın sürmək qadağan edildi
Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, son aylarda yol-hərəkəti qaydalarını ardıcıl pozan, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan 10-MM-100 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənədi bu gün qüvvədən düşüb. Belə ki, Əliyar Dadaşovun bir neçə ay ərzində 20 ballıq qayda pozuntuları aktlaşdırılıb və İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasında bu gün onun vəsiqəsinə 1 il müddətinə məhdudiyyət tətbiq edilib.
Mövcud qanunvericiliyə əsasən, bu kimi hallarda sürücü təyin edilmiş qadağa müddəti başa çatandan sonra yenidən təcrübi imtahan verərək nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi əldə edə bilər.
Qeyd edək ki, son aylarda Əliyar Dadaşovun törətdiyi qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı