"Ermənistan bu təxribatları ilə bir daha sübuta yetirdi ki, terror dövlətidir" - Emil Əkbərov
"Ermənilər hələ də Vətən müharibəsindəki biabırçı məğlubiyyətləri ilə barışa bilmirlər".
Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.
O vurğulayıb ki, Ermənistan son bir ay ərzində törətdiyi təxribatları ilə sülhə gedən bütün yolları bağlamış oldu:
"Azərbaycan hər zaman bütün beynəlxalq sazişlərə, müqavilələrə və razılaşmalara hörmətlə yanaşır. Amma bunu Ermənistana şamil etmək olmaz. Ona görə də Ermənistan silahı qüvvələrinin bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı hərbi təxribata əl atması təsadüfi deyil. Ermənistan bu təxribatları ilə bir daha sübuta yetirdi ki, terror dövlətidir".
Emil Əkbərov qeyd edib ki, Ermənistan bu təxribatlarla sülh sazişinin imzalanmasını gecikdirməyə çalışır:
"Görünür, bu məsələdə Ermənistan öz havadarlarına güvənir. Lakin Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir və təxribatlarına davam edərlərsə, yenidən zərbələsini öz başlarında hiss edəcəklər. Görünən odur ki, Ermənistandan maşa kimi istifadə edən havadarları onun ölkə kimi yer üzündən silinməsinə çalışırlar.
Düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüzü təmin edərək, öz gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya sübut etdi. Bundan sonra da Azərbaycan ordusu ərazi bütövlüyümüzü qoruyaraq, terrorçuları yerində otuzduracaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı