İctimai Şuralar Baş nazirə müraciət etdi

İctimai Şuralar Baş nazirə müraciət etdiAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuralarının sədrləri Baş nazirə müraciət edib.

Bu barədə Sonxeber.az-a "Azəriqaz"dan məlumat verilib.

"Məlum olduğu kimi, Azərbaycan regionlarının təbii qazla təmin olunması üçün dövlət dəstəyi ilə genişmiqyaslı qazlaşdırılma işləri hayata keçirilib.

"Azəriqaz"ın açıqladığı statistik məlumatlara görə, 2009-2021-ci illərdə umumilikdə 1 677 kənd və qəsəbə yeni qazlaşdırılıb, bunun nəticəsində ölkənin qazlaşdırılması səviyyəsi 96,3 %-ə çatdırılıb. Qazlaşdırılma tədbirləri əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrin qırılmasının qarşısının alınmasına zəmin yaratmışdır. İşğaldan azad olunmuş ərazilər istisna olmaqla, 01.01.2022-ci il tarixə ölkə ərazisində təbii qazla təmin olunmayan 982 yaşayış məntəqəsi mövcuddur. Bu məntəqələrdən 426 kənd meşəətrafı ərazilərdə yerləşir", deyə məlumatda deyilir.
Ətraflı

Məlumatda həmçinin bildirilir ki, "Azəriqaz" cari ildə 68 kəndi qazlaşdıracaq ki, onlardan 25 məntəqə meşəətrafı ərazilərdə yerləşir: "Meşəətrafı ərazilərdə yerləşən kəndlərin qazlaşdırılması ilə bağlı 2021-2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Azəriqaz" İB arasında rəhbərlik səviyyəsində və həmin qurumların yanında yaradılmış İctimai Şuraların iştirakı ilə işçi görüşlər təşkil edilib, qeyd olunan məsələ ilə bağlı təqdimatlar keçirilib və müzakirələr aparılıb", deyə bildirilir.

Məlumatda nəzərə çatdırılıb ki, hər il "Azəriqaz" İstehsalat Birliyi müxtəlif ərazilərdə yerləşən yaşayış məntəqələrin, o cümlədən meşəətrafı kəndlərin daxili imkanlar hesabına mərhələli şəkildə qazlaşdırılmasını da nəzərdə tutan kapital qoyuluşları proqramını tərtib edir, SOCAR tərəfindən təsdiq olunduqdan sonra isə onun icrasına başlanılır: "Bir çox hallarda mənbədən uzaq məsafədə yerləşdiyindən və qaz xəttinin çətin relyef şəraitində çəkilməsi zərurəti yarandığından meşəətrafı məntəqələrin qazlaşdırılması yüksək maliyyətutumlu layihələrə çevrilir. Bunu da yalnız "Azəriqaz" İB-nin vəsaiti hesabına maliyyələşdirilməsi həmin layihələrin çox uzun müddət ərzində (illərcə) reallaşmasına gətirib çıxara bilər. Ətraf mühitin qorunub saxlanılması, ekoloji şəraitin yaxşılaşdırılması, qızdırılma məqsədilə meşələrin qırılmasının qarşısının alınması, 982 yaşayış məntəqəsi üzrə 90 000 fərdi yaşayış evinin olması və orta hesabla hər bir evdə 4 nəfərdən ibarət ailənin, ümumilikdə isə həmin ərazidə 360 000 əhalinin yaşamasını və onların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edən zəruri, o cümlədən qaz təchizatı sahəsində kommunal xidmətlərin təqdim olunmasının prioritetliyini, eləcə də reallaşdırılması üçün külli miqdarda vəsaitin tələb olunduğunu nəzərə alaraq, bu layihənin dövlət səviyyəsində maliyələşdirilməsi daha məqsədəuyğun hesab edilir".

Məlumatda o da bildirilir ki, yuxarıda qeyd olunan 982 yaşayış məntəqəsindən 135 000 əhalisi olan 426 yaşayış məntəqəsi meşə ətrafında yerləşir: "Bunlardan texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilən 235 məntəqə üzrə təqribən 96 000 əhali yaşayır. "Azəriqaz" cari il ərazində əhalisi təqribən 11 000 minə bərabər 25 yaşayış məntəqəsini daxili imkanları hesabına qazlaşdırmaq imkanına malikdir. Bu tempi əsas götürsək, 235 yaşayış məntəqəsi Birlik tərəfindən 9 il 6 aya ərzində qazlaşdırılaraq başa çatdırıla bilər ki, bu da qaz ölkəsi üçün kifayət qədər uzun müddətdir. Bununla belə, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz hesab olunan, əhalisi təqribən 39 000 təşkil edən 191 yaşayış məntəqəsi də var. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planının 4.1.5-ci bəndinə görə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz qiymətləndirilən yaşayış məntəqələri, o cümlədən meşəətrafı kəndlər alternativ enerji növləri ilə təmin olunmalıdır".

Qeyd edilib ki, respublikanın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 %-ni, meşə ilə örtülü sahələr isə 1 046,76 min hektardır ki, bu da ölkə ərazisinin 12 %-ni təşkil edir: "Ölkəmizdə adambaşına düşən meşə sahəsi qonşu Gürcüstan ilə müqayisədə təxminən 3 dəfə azdır. Göründüyü kimi, regionun qonşu ölkələrilə müqayisədə Azərbaycan azmeşəli ölkədir və meşələrin artırılması, mühafizəsi, o cümlədən meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı və səmərəli istifadə edilməsi prioritetdir. Meşəətrafı ərazilərdə odun tədarükünün ildən ilə çətinləşməsi, mümkünsüzləşməsi səbəbindən təbii qazın verilməsi tələbi ilə əlaqədar vətəndaşlar tərəfindən "Azəriqaz" İB yanında fəaliyyət göstərən İctimai Şuraya daxil olan müraciətlərin sayı da artmaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR "Azəriqaz" İB yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri olan vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri yuxarıda qeyd olunan yaşayış məntəqələrinin yaxın gələcəkdə hökumət səviyyəsində maliyyə vəsaiti ayrılmaqla qazlaşdırılmasını məqsədəuyğun hesab edərək bu istiqamətdə köməklik göstərilməsini Sizdən xahiş edir. Əminik ki, bu tədbir vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrə mənfi təsirlərin azalmasına da ciddi töhvəsini verəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1094   Tarix: 13 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr