"Nyu York Tayms" Qarabağdan yazdı

"Nyu York Tayms" Qarabağdan yazdıABŞ-ın "Nyu York Tayms" qəzetində Metyu Mpok Biqqanın "Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən" sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.

Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır. Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanını səbəblərinin aradan qaldırılmadığını əks etdirir.

Məqalədə qeyd olunur ki, Rusiya Ermənistanın çoxdankı himayədarıdır, NATO-nun üzvü olan Türkiyə isə 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləyən əsas müttəfiqidir. Lakin amerikalı diplomatlar vasitəçi neytrallığını qorumağa cəhd göstərsələr də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və "bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini" bəyan etməkdən ötrü ötən həftəsonu Ermənistana səfər edərək, vəziyyətə "qarışdı". Müəllif vurğulayır ki, bu səfər cari ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi.

Məqalədə daha sonra deyilir ki, "münaqişə" onilliklər boyu mübahisəli olan region ətrafında cəmlənib. "Qarabağın dağlıq vilayəti" Ermənistan və Azərbaycan arasında uzun müddətdir müzakirə mərkəzindədir. Beynəlxalq səviyyədə Azərbaycanın etnik erməni əhalisinin üstünlük təşkil etdiyi bir hissəsi kimi tanınan bu region sovet dövrünün sonunda müstəqilliyini elan edib. Ermənistan və Azərbaycan arasında baş verən çoxillik müharibə nəticəsində on minlərlə insan həlak olub və yüz minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. 1994-cü ildə atəşkəs barədə sazişdən sonra Azərbaycanın hüquqi hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın nəzarəti altına keçib. 2020-ci ildə Azərbaycan Türkiyənin güclü dəstəyi ilə və zərbə dronlarından istifadə etməklə Qarabağın böyük hissəsini və ona bitişik rayonları geri alıb.

Metyu Mpok Biqqa qeyd edir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs nəticəsində ərazilərin böyük hissəsi Azərbaycanda qaldı, erməni qoşunları geri çəkildi və oraya yaxşı silahlanmış Rusiya sülhməramıları daxil oldu. Müəllif analitiklərə istinadla vurğulayır ki, indi Azərbaycan Ermənistanın "Dağlıq Qarabağ" üzərində Azərbaycanın suverenliyini tanımasını və digər güzəştlərə getməsini israr edir.

Müəllif yazır ki, lakin münaqişənin son gərginləşməsi başqa yerdə baş verdi. Hər tərəf bu hərbi əməliyyatların necə başlanmasını özünə görə interpretasiya edir. Ermənistan bəyan edib ki, Azərbaycan "hücum edib" və 105 erməni hərbi qulluqçusu öldürülüb, 6 mülki vətəndaş isə yaralanıb. Azərbaycan isə bildirib ki, onun hərbi əməliyyatları Ermənistan tərəfindən olan təxribata "cavab tədbirləridir". Münaqişənin özəyinin hələ də "Dağlıq Qarabağ" olmasına baxmayaraq, bu dəfə döyüş əməliyyatları bilavasitə iki ölkə arasında delimitasiya olunmamış sərhəddə baş verdi.

Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, sentyabrın 12-də iki ölkə arasında olan sərhəd boyunca artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla ağır döyüşlər qeydə alınıb. Azərbaycanın Xarici İşlər Nazirliyi "ehtimal edilən sərhəddə" baş verən "insident" barədə danışıb, Ermənistan isə bəyan edib ki, Azərbaycan Ermənistan ərazisindəki üç şəhərə hücum edib.

Müəllif hesab edir ki, Azərbaycan öz tələblərində israrlıdır, Ermənistan isə görünür, vaxt uzadır. Ermənistanın baş naziri Nikol Paşinyan sazişi imzalamaq niyyətində olduğunu bildirmişdi, lakin onun daxili opponentləri razılaşmanı pisləyərək, onu "satqınlıq" adlandırdılar. Paşinyan artıq bir dəfə, 2020-ci ildə atəşkəsdən sonra kütləvi qəzəblə rastlaşmışdı.

Azərbaycanın üç tələbi var: Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.

Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib. Əgər vəziyyət kəskinləşərsə, o halda ikili rolunu qoruyub saxlamaq Moskva üçün çətin olacaq. Karnegi Fondunun baş elmi işçisi Stronski xatırladır ki, 2020-ci ildə tərəfləri ayıran xəti Azərbaycanın ərazisindən keçib. İndi "erməni və azərbaycanlı hərbçilər hələ də demarkasiya olunmayan dövlət sərhədində praktik olaraq üz-üzə dayanıblar.

Dünya gücləri sülhə səsləyirlər. Lakin onlara həm də təbii qaz lazımdır. ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə hər iki tərəfi danışıqlara qayıtmağa və bundan sonrakı hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

Vaşinqton Cənubi Qafqaza və keçmiş sovet imperiyasının digər dövlətlərinə təsir göstərməyə çoxdan cəhd göstərir. Eyni zamanda Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar. Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub. Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Layen səfər zamanı Azərbaycan "etibarlı, etimada layiq tərəfdaş" olduğunu bəyan edib./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2095   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr