Ermənistanın təxribatları niyə davam edir ?
"Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində daha 3 hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, yaralı hərbiçilərimizin həyatı üçün təhlükə yoxdur. Düzdür, ötən gecə düşmən susdurulub, amma Ermənistanın təxribatları davam etməyəcəyi zəmanəti varmı? Yaxud bu cür nə qədər davam edə bilər?"
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, İrəvan mövcud ritorikanı davam edib təcavüzkar niyyətindən əl çəkmədikcə bölgədə təhlükəsizlik təhdid altında qalacaq.
"Bu mənada, sentyabr təxribatlarından 10 gün keçməmiş Ermənistanın təkrar fəallaşması da İrəvana qarşı yeni hərbi məcburetmə tədbirlərini bir daha zərurətə çevirir. Artıq hərbi-siyasi yolla Ermənistanın bütövlükdə demilitarizasiyaya məcbur edilməsi şərtdir. Çünki beynəlxalq hüquqa uyğun davranacağı təqdirdə heç bir qonşusundan təhdid gəlməyəcəyi üçün Ermənistanın hərbi qüvvələrə, o cümlədən də silahlanmasına ehtiyac yoxdu. Əksinə, ordunun mövcudluğu və İrəvana edilən hərbi yardımlar Ermənistanı bölgədə sülh və sabitlik üçün təhlükəyə çevirir. Ona görə də Ermənistan Silahlı Qüvvələri tamamilə tərkisilah edilib buraxılana qədər məcburetmə tədbirləri davam etməli, sonrakı dövrlərdə də İrəvana ordu quruculuğu, yaxud digər formada hər hansı döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan olunmalıdır. Bir sözlə, regionun sabit gələcəyi və əməkdaşlıq mühiti naminə, Ermənistanın hərbisizləşdirilməsi hüquqi rejiminin alternativi yoxdur".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3118 Tarix: 27 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr