Anım günü, ermənilərin alçaq, terrorçu xisləti, ikili standartlar... - Tamam Cəfərova ilə MÜSAHİBƏ

Anım günü, ermənilərin alçaq, terrorçu xisləti, ikili standartlar... - Tamam Cəfərova ilə MÜSAHİBƏDeputat Tamam Cəfərova Sonxeber.az-ın qonağı olub. Onunla geniş müsahibəni oxuculara təqdim edirik:

- Tamam xanım, 27 sentyabr Anım günüdür, həmçinin bizi zəfərə aparan Vətən müharibəsinin başlanmasının 2 ili tamam olur.

- Bəli, tarixi bir gündə görüşürük. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatı dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti nəticəsində ermənilərin və havadarlarının bölgədəki siyasəti iflasa uğradı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu. Bu müharibə Azərbaycan tarixinə Vətən müharibəsi kimi daxil oldu. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı.

Bu Zəfərin qazanılmasında dövlət-ordu-xalq həmrəyliyinin, birliyininin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə "dəmir yumruq" olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş "Dəmir yumruq" öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir.

Cənab Prezident İlham Əliyevin hər zaman vurğuladığı kimi, heç vaxt unutmamalıyıq ki, bu gün hər bir azərbaycanlının qürur və fəxr mənbəyi olan böyük qələbə qəhrəman şəhidlərimizin canı, qanı bahasına əldə edilib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən, 27 sentyabr – Azərbaycan Şəhidlərini Anma Günü kimi qeyd edilir. Dövlətimizin bu addımı şəhidlərimizin, qəhrəmanlarımızın ruhuna, onların doğmalarına göstərdiyi dərin hörmət və ehtiramın ən bariz göstəricisidir. Cənab Prezidentin müvafiq sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Anım günü, ermənilərin alçaq, terrorçu xisləti, ikili standartlar... - Tamam Cəfərova ilə MÜSAHİBƏ- Tamam xanım, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub. Sonuncu təxribatlar bir daha göstərdi ki, barbarlıq və təxribat erməni millətinin xislətində var.

- Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hər hansı təxribat bizi təəccübləndirmir. Çünki 30 il ərzində Ermənistan tərəfi heç zaman qəbul edilən qərarlara əməl etməyib, daim atəşkəsi pozub. Eləcə də bu gün Ermənistan 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozmaqda davam edir və davamlı təxribatlar törədir. Bu təxribatların törədilməsinin əsas məqsədi sülh razılaşmasının bağlanmasına mane olmaq, vaxtı uzatmaq və bunun imzalanmağına imkan verməməkdir.

Bildiyimiz kimi, avqustun 31-də Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə cənab Prezident İlham Əliyevlə Paşinyan 4-cü dəfə görüşdülər. Görüşdə Paşinyana deyildi ki, noyabra qədər bu sülh müqaviləsi imzalanmalıdır və razılığa gəlindi ki, bir ay ərzində xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin ilkin variantının mətninin müzakirəsi üçün görüş keçirilsin. Yəni artıq sülh müqaviləsi müzakirələrdən iş prosesinə keçməyə doğru getməyə başlamalıydı. Hər dəfə də Paşinyan sülhdən danışanda Ermənistanda revanşist qüvvələr xarici havadarlarının göstərişlərilə ayağa qalxır, sülhün imzalanmasına qarşı çıxaraq, aksiya, mitinqlər keçirirlər. Bir çoxları bu təxribatları sülh müqaviləsindən çox, Zəngəzur dəhlizinin açıılmasına maneə kimi qiymətləndirirlər.

Bundan əlavə, xarici və daxili faktorlar da önəm kəsb edir. Ermənistanın Azərbaycana qarşı təxribatı Rusiyalı milyarer Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Ermənistan vətəndaşı kimi cari iqtidarı tənqid etməsi vaxtına təsadüf edir. Rusiyadakı erməni diasporunun rəhbəri A.Abramyan avqustun əvvəli böyük müraciətində Ermənistanda vəziyyəti xilas edə biləcək heç bir siyasətçinin (istər iqtidar, istər müxalifətdə) olmadığını bildirib. Bu müraciətdən bir neçə həftə sonra R.Vardanyanın Ermənistan vətəndaşı kimi regiona gəlməsi və Baş nazir vəzifəsinə iddialı olmasını bildirməsi təsadüfi bir hala oxşamır.

N. Paşinyanı həmçinin ABŞ-dakı erməni diasporu da çox kəskin formada tənqid edir. Paşinyanın diasporlarla münasibətlərinin zəifləməsi onun diaspor tərəfindən daha münasib siyasətçi ilə dəyişdirilməsini aktual edir. Bu prosesləri N.Paşinyanın aşağı reytinqləri ilə parallel formada nəzərdən keçirdikdə vəziyyət daha da aydınlaşır.

Bu bir-birilə bağlı olan məsələlərdir. Sülh müqaviləsinin imzalanması, həmçinin, Zəngəzur dəhlizinin açılması deməkdir. Bunun başqa alternativi yoxdur. Zəngəzur dəhlizinin açılması əvvəla noyabr bəyannaməsində də əks olunub. Sadəcə, orada "dəhliz" sözü olmasa da, maneəsiz gediş-gəliş məsələsi var. Maneəsiz gedib-gəlmək də dəhliz anlamına gəlir. Bu, birmənalı dəhliz kimi nəzərdə tutulub. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün yox, həmçinin bütün region üçün, yəni Çinə qədər Orta Asiya ölkələri üçün çox böyük iqtisadi əhəmiyyəti var.

Zəngəzur dəhlizinin açılmasında Rusiya da maraqlıdır. O, sülh müqaviləsinin imzalanmasında Zəngəzur dəhlizinin açılmasını dəstəkləyəcək. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı sanksiyalar və onun bu iqtisadi blokadadan çıxması üçün Rusiyaya Zəngəzur dəhlizi mütləq lazımdır.

Bu, Türkiyə üçün də əhəmiyyətlidir. Çünki Böyük Türk dünyası ilə Orta Asiya ilə birbaşa yerüstü əlaqələrin açılması olacaq. İndi bizim Türkiyə və Naxçıvanla birbaşa yerüstü əlaqəmiz yoxdur. Bu dəhliz açıldıqda isə bizim Naxçıvan, Orta Asiya ilə yerüstü əlaqəmiz olacaq. Türkiyə də bu dəhliz vasitəsilə həm Rusiyaya yerüstü xətlə çıxacaq, həm də Orta Asiyaya Çinə qədər bütün ölkələrin Qərbdən Şərqə, Şimaldan Cənuba hamısının yolu burada kəsişəcək. Yəni iqtisadi baxımdan bu, bütün adını çəkdiyimiz ölkələr üçün çox vacib bir məsələdir. Odur ki, Zəngəzur dəhlizinin açılmamasını istəməyən qüvvələr var. Birinci növbədə revanşistlər bunu istəmirlər. Onlar sülh müqaviləsini istəmirlər və dəhliz sözündən qaçırlar. Onlar bunu türk torpaqlarının bir-birilə birləşməsi kimi qəbul edirlər.

- Tamam xanım, təxribatlar davam edərsə, növbəti genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilərmi?

- Biz heç bir zaman kiminlə qonşu olduğumuzu, hansı mənfur düşmənlə mübarizə apardığımızı unutmamalıyıq. Yəni erməni hər yerdə öz xislətini büruzə verir. 200 il, 100 il əvvəl olan ermənilərin xisləti nə idisə, bu gün də eyni xislətdədirlər. Onlar tarix boyu bizə qarşı soyqırımlar və insanlığa yaraşmayan barbarlıq, vəhşiliklər törədiblər. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin Çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik və etnik dözümsüzlük siyasəti bu günə qədər davam edir. Son 30 ildə erməni vəhşiliyinin hər formasını görmüşük. Son iki ildə də 10 noyabr 2020-ci il Bəyanatına məğlub tərəf kimi imza atmalarına baxmayaraq, hələ də sülhdən qaçırlar, təxribatlar törədirlər. Yəni, Ermənilərdən hər şeyi gözləmək olar. Nensi Pelosi kimi şou göstərən siyasətçilərin, xüsusilə xaricdəki havadarlarının (bəzi böyük dövlətlər və beynəlxalq təşkilatlar daxil) erməniləri ürəkləndirməsi yeni təxribatlara yol açır. Ermənilər düşünür ki, ABŞ onlara həm hərbi, həm də iqtisadi yardım göstərəcək, siyasi dəstək verəcək və onlar müharibəyə başlayıb qalib gələcəklər. Bunların da hamısı, təbii ki, mifdir və onlar həmişə miflərlə yaşayıblar. Biz müharibə istəmirik, lakin buna həmişə hazır olmalıyıq. Xüsusilə, Ermənistan Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını və Azəbaycanla bağlı həyasız "ittihamlarını"nəzərə alsaq, ermənilərin özxoşuna sülh müqaviləsi imzalayacağı görünmür. Amma onların başqa alternativi yoxdur, sonunda məcbur qalıb imzalayacaqlar. Cənab Prezident nəyi necə və nə vaxt edəcəyini yaxşı bilir.

Ermənistan rasional düşüncəyə malik bir dövlət deyil. Daha dəqiq desək, ermənilər öz dövlətlərinin bir layihə olduqlarını çox yaxşı anlayırlar. Şahmat terminologiyası ilə danışsaq, Ermənistan qlobal geosiyasi oyunda bir piyadadır, amma bu piyada lövhənin ortasında qərarlaşan və "rəqibin" manevr imkanlarını məhdudlaşdıran bir piyadadır. Ermənistanın xarici qüvvələr tərəfindən dəstəklənməsi də elə onun destruktiv mövqeyi və yerləşməsi ilə əlaqəlidir.

- Paşinyanın təxribatların ardınca ermənilərə silaha sarılmaq çağırışından sonra Ermənistanın sülh müqaviləsini könüllü imzalaması inandırıcı deyil. Ermənistan sülh müqaviləsindən imtina edərsə, bu onlar üçün nə ilə nəticələnəcək?

- Ermənistanın sülh müqaviləsindən imtina etməyə elə bir imkanı yoxdur. Çünki bu, Ermənistana çox baha başa gələcək. Paşinyan Vətən müharibəsindən qabaq da Şuşada yallı gedirdi və "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. Onlar zamanında çox şey sayıqlayırdılar, amma sonda nə oldu? Ali Baş Komandanımız dedi ki, "Qarabağ Azərbaycandır və nida". İndi də Paşinyan bu cür cavab alacaq. Paşinyan və yaxud qeyrisi, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, sülh müqaviləsini imzalayacaq. Təxribatlarla onlar ancaq sülh müqaviləsinin imzalanmasının vaxtını uzada bilərlər. Yəni onların imzalamamaq şansı yoxdur. Çünki bu məsələnin uzanması, özü də Ermənistanın Rusiya ilə Qərbin arasında ikili oyun oynaması onlar üçün çox pis bitəcək.

- Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat sonrası Paşinyanın zəngləri onun kimlərin əlində maşa olduğunu sübuta yetirdi.

- Məncə, bunun sübuta heç ehtiyacı da yox idi. Artıq bütün dünya bilir ki, nə Ermənistan, nə də Paşinyan müstəqil deyil. Paşinyanın ipləri Ermənistanın xaricdəki havadarlarının əlidədir, hərə bir yana çəkir. Sözügedən təxribata gəldikdə isə, təxribat məqsədli, planlaşdırlmış təxribatdır və arxasında xarici qüvvələr dayanır. Erməni revanşistləri "haqlısınız, sülhə imza atmaq lazım deyil və biz sizə kömək edəcəyik" sözlərilə həvəsləndirirlər. Əslində isə erməniləri müharibəyə sürükləyən qüvvələri heç erməni xalqının taleyi maraqlandırmır. Bu dövlərtlər sadəcə istəyirlər ki, Cənubi Qafqazda onların da maraqları təmin olunsun. Rusiya sülhməramlıları regiona girdi, Türkiyə Qafqaza qayıtdı, amma ABŞ və Fransa kənarda qaldı. Ona görə də təxribatlar vasitəsilə guya münaqişənin həll olunmadığı, davam etdiyi görüntüsü yaradaraq, Minsk qrupunu diriltmək və yenidən gündəmə gəlmək istəyirlər. Hətta ABŞ-da bəzi dairələrdən fikirlər də səslənir ki, sülh müqaviləsi imzalansa, onu tanımayacaqlar, çünki orada Qarabağ ermənilərinin təhlükəsizlik məsələsi, status məsələsi yoxdur. Onlar bu sözləri deməklə erməniləri sülhdən çəkindirirlər. Həmçinin, ölkə daxilində revanşistlər də Paşinyana sülh müqaviləsinin imzalanmasına imkan vermirlər.

Anım günü, ermənilərin alçaq, terrorçu xisləti, ikili standartlar... - Tamam Cəfərova ilə MÜSAHİBƏ- Tamam xanım, sentyabrın 18-də erməni vandalları Fransadakı Azərbycan səfirliyinə hücum etdilər. Həmin hücumdan bir neçə gün keçsə də, hələ də bu vəhşiliyi törədənlər öz cəzasını almayıblar. Beynəlxalq təşkilatlar növbəti dəfə bu məsələdə ikili münasibəti, standartı ortaya qoydu və orada demokratiyadan, insan hüquqlarından danışanlar susdular.

- Beynəlxalq təşkilarlar hər zaman bizə qarşı törədilən erməni vəhşiliyini görməzlikdən gəlib. İnsan haqlarından, demokratiyadan danışanlar Azərbaycana gələndə həmişə susublar. Yəni biz bu ikili standartları həmişə müşahidə etmişik. Çox təəssüf ki, bu gün də biz bunu görürük. 30 il torpaqlarımız işğal altında qaldı və müharibə bitdikdən sonra ərazilərimizdə hansı vandallıqların həyata keçirildiyi göz önündə idi. Buna baxmayaraq, biz bü gün YUNESKO-nu bura gətirib çıxara bilmirik ki, bu vandallıqları, vəhşilikləri göstərək. YUNESKO deyir ki, Azərbaycanın işğal etdiyi ərazildərdə ermənilərin dini abidələrinə təhlükə var. Onların bizə münasibəti göz qabağındadır.

Çox təəssüf ki, son hadislərdə də bunun şahidi olduq. Bu gün beynəlxalq hüquq sistemi işləmir, güc işləyir. Biz də 30 ilə yaxın beynəlxalq hüquqa, Minsk qrupuna inandıq. BMT təhlükəzilkik Şurası buna qədər 4 qətnamə qəbul edib və orada yazılıb ki, erməni silahlı qüvvələri işğal altındakı torpaqlardan çıxmalıdır. Ermənilər buna əməl etmədilər, lakin bunu heç bir beynəlxalq təşkilat qınamadı, heç bir sanksiya tətbiq olunmadı. Bərdədə, Gəncədə törətdikləri terror hadislərini heç bir ölkə, beynəlxalq qurum qınamadı, bunun qarşısını almadı.

Amma sentyabrın 12-dən 13-nə keçən gecə törədilən erməni təxribatları barədə yazırlar ki, Azərbaycan Ermənistan ərazisində mülki əhalini vurub və Bərdənin şəkillərini paylaşırlar. Biz bu 30 ildə bizə qarşı olan ikili standartları görmüşük. Ona görə də şəxsən mən bu gün beynəlxalq təşkilatların Azərbayacana qarşı anti-mövqeyini gördükdə artıq təəccüblənmirəm.

Fransadakı Azərbaycan səfirliyinə hücum ermənilərin acizliyinin göstəricisidir. Əgər erməni diasporu həqiqətən Ermənistana Azərbaycan tərəfindən ekzistensial hədənin olduğuna inanırsa, daha məntiqli qərar Ermənistana gəlib, ordu sıralarına yazılmaq olardı. Amma 44 günlük müharibədən biz bilirik ki, Ermənistana döyüşmək üçün xaricdən gələnlərin əksəriyyəti diasporun sıravi üzvləri yox, muzdlular idi. Azərbaycana Ermənistan ərazisindən hücuma keçməyə cürət etməyən ermənilər Fransa ərazisindən Azərbaycana (bizim səfirliyə) hücuma keçməyə cəsarətləniblər. Yəqin, onların ümidləri bununla bağlı idi ki, II Qarabağ müharibəsindən fərqli olaraq, layiqli cavab alacaqları təqdirdə uzağa qaçmaq lazım olmayacaq, Azərbaycandan, yəni səfirliyimizdən 5-6 addım arxaya çəkilib, Fransa ərazisində gözlənmək olacaqdır.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1231   Tarix: 27 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun